İstifadəçilər hansı ölçüdə telefona üstünlük verir?

21-11-2015 / 11:50

İnkişaf edən texnologiyalar və ağıllı telefonların artan funksiyaları ilə ekran ölçüləri də dəyişməyə başladı.

Xatırladaq ki, ağıllı telefonlardan əvvəl telefonlar nə qədər kiçik olsa,  bir o qədər baha olurdu.  Lakin illər keçdikcə isə bu fikir tamamilə dəyişdi.

Artıq günümüzdə 3.5, 3.7, 4  və 6 düymlük ekrana sahib  telefonlar  var.

Bəs istifadəçilər hansı ölçüdə ekranlara üstünlük verirlər?

Xeberler.az bildirir ki, bu məsələ ilə bağlı DeviceAtlas  şirkəti araşdırma aparıb.

Şirkət bu araşdırmanı  Amerika, İspaniya,Yaponiya, Hindistan, Almaniya, İtaliya, Fransa kimi ölkələrdə  aparıb.  Edilən araşdırmaya görə, telefon sahiblərinin ən çox üstünlük verdiyi erkan ölçüsü 4.7 düymdür.

 

4.7 düymlük erkanın üstünlük təşkil etmədiyi ölkələrdə isə birinci yerə 5 düymlük ekran layiq görülüb. 

 

 

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə