Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün İT sahəsində olan vakansiya yerlərini təqdim edir:
Access Bank kompüter texnologiyaları sahəsində ali təhsili olan, Java programlaşdırılması sahəsində 3 ildən artıq iş təcrübəsi, МS SQL arxitekturasını və sorğu dilini bilən Java proqramçı vəzifəsinə vakansiya elan edir.
Namizəddən adapterlərin və servislərin işlənib hazırlanması, inteqrasiya şininin (ESB) sazlanması, inteqrasiya şininin tətbiqi üzrə işlərin icrası (layihələndirmə, quraşdırma, sazlama, sınaqdan keçirmə, layihə və istismar sənədlərinin yaradılması) tələb edilir.
Maraqlanan şəxslər 18 dekabr 2015-ci il tarixinə qədər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Power Point bacarağı olan, yüksək TQDK balı, Azərbaycan dilini sərbəst bilən, rus dili biliyi olan, LateX dilini bilən kontent menecer vakansiyası elan olunur.
Namizəddən təhsil materiallarını təhlili, aydın və keyfiyyətli Power Points slaydların hazırlanması tələb olunur. Əmək haqqı 300 AZN-dir.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
4M Graphic Solutions 20-40 yaşlarında, Azərbaycan dilini bilən (rus və ingilis dili bilənlərə üstünlük verilir) veb dizayner axtarır. Əmək haqqı 300-500 AZN
Namizəddən şirkətin saytını sıfırdan yığmaq və onun üzərində mütəmadi şəkildə işləmək tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Bank Avrasiya ASC 25 - 35 yaşlarında, İT sahəsində ən azı 3 il iş təcrübəsi olan, rus dilini bilən sistem administrator vəzifəsinə vakansiya elan edir.
Namizəddən microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows 7-8.1, Windows Server 2003/2008/2012, terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail HP, IBM və Dell server avadanlıqları üzrə iş təcrübəsi, yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication, Acronis, virtualaşma üzrə iş təcrübəsi: VMware Vcenter, ESXi 4-5.5, antivirus sistemləri ilə iş təcrübəsi, infrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı tələb olunur. Əmək haqqı 900-1200
Telefon: (012) 598-85-85
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Access Bank ali təhsilli (kompüter texnologiyaları sahəsində), ən azı 3 il müddətində məlumatlar bazası ilə iş təcrübəsi olan (MSSQL SERVER), Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini texniki sənədlərin oxunması səviyyəsində bilən SQL proqramçı vakansiyası üzrə işçi axtarır.
Namizəd MS SQL Server ilə iş, T-SQL sorğularının təkmilləşdirilməsi və optimallaşdırılması, idarəetmə və analitik hesabatların işlənib hazırlanması, SSRS, SQL, Excel, Access əsasında hesabatların hazırlanması, dərin T-SQL bilikləri, mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq bacarığı, MS SQL Reporting Services və MS Excel biliyi, texniki sənədlər tərtib etmək təcrübəsi, maliyyə sahəsində iş təcrübəsi tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Effective Company 20-40 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan, Azərbaycan və rus dillərində danışmağı bacaran veb dizayner vakansiyasını elan edir. Əmək haqqı 300-500 AZN
Telefon: 012 5988682
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Webpage 22-35 yaşlarında, ali təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxslər veb proqramçı kimi işə dəvət olunur. Namizəd PHP, MYSQL dillərini yüksək səviyyədə bilmək, Javascript, Html, Css, Jquery, OOP yaxşı bilmək tələb olunur. Namizəd ingilis və rus dillərini yaxşı başa düşməlidir.
Telefon: (055) 633-22-67, (012) 567-86-25
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
SEDO service vadanlıqların kompüter sistemini idarə edə bilən, Azərbaycan və rus dillərində danışmağı bacaran kompüter mütəxəssisi vakansiyasını elan olunur. Əmək haqqı 600 - 900 AZN
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri