Bu şirkətlər İT mütəxəssis axtarır

04-07-2015 / 12:51

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Bank Avrasiya ASC  25-45 yaşlarında, ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri sistem administratoru vəzifəsinə işə dəvət edir. Şirkət namizəddən  Microsoft texnologiyaları üzrə iş təcrübəsi: Windows 7-8.1, Windows Server 2003/2008/2012, Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail, HP,IBM və Dell server avadanlıqları üzrə iş təcrübəsi, yedəklənmə texnologiyaları üzrə təcrübə: Symantec, Veeam Backup&Replication, Acronis, virtuallaşma üzrə iş təcrübəsi: VMware Vcenter, ESXi 4-5.5, antivirus sistemləri ilə iş təcrübəsi, infrastrukturun planlaşdırılması, inkişafı və yeni avadanlıqların alınmasını təşkil etmək bacarığı olmalı və dil bilikləri tələb edir. Əmək haqqı 900-1200 AZN-dir.
Telefon: (012) 598-85-85
E-mail: [email protected]
CV-ni göndərərkən email-ın mövzu hissəsində "Sistem administratoru" vəzifəni qeyd etməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Aztelekom İB 18-45 yaşlarında, ali təhsilli, 1 il iş təcrübəsi olan şəxsləri proqramçı köməkçisi vəzifəsinə işə dəvət edir. Şirkət namizəddən hər hansı proqramlaşdırma dilini mükəmməl bilmək (PHP arzuolunandır), məlumat bazaları ilə işləmək bacarığı (optimizasiya və s.) tələb edir. Əmək haqqı 500-700 AZN-dir. Əlaqədar şəxs İsmayıl Əliyevdir.
Telefon: (012) 344-00-00
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Azinteco şirkəti 20-30 yaşlarında, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan şəxsləri İT və kamera sistemləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir. Şirkət namizəddən Windows XP/7 ƏS-lərini bilmək, office proqramlarını bilmək, kompüter təmirini bilmək, daxili şəbəkədə işləmək, Wi-Fi sistemini bilmək, analoq və IP camera sistemlərini bilmək, DVR və NVR-ları saxlamağı tələb edir.  Əmək haqqı 300-500 AZN-dir.
Telefon: (012) 464-86-88
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Pronet şirkəti 20-25 yaşlarında, natamam ali təhsilli, 1 ildən aşağı iş təcrübəsi olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir. Şirkət namizəddən İT sahəsində inkişaf etməyə böyük həvəs, məntiqli düşünmə qabiliyyəti, işinə məsuliyyətli yanaşma, müstəqil araşdırma bacarığı tələb edir. Əmək haqqı 200-400 AZN-dir. Əlaqədar şəxs: İbrahimova Aynara
Maraqlananlar şəkillə birlikdə CV-lərini [email protected] e-mail ünvanına yollaya bilərlər.
Telefon: (012) 310-12-12
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bank BTB ASC şəbəkə administratoru vəzifəsinə işə qəbul elan edir. Müəssisə namizədlərdən ali təhsil, şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi, LANs, WANs, şəbəkə seqmentləri, İnternet və intranet sistemləri üzrə biliklər, tətbiqi proqramlar üzrə biliklər tələb edir. 
Bank həmçinin, qeyd edir ki, namizədlər Azərbaycan və rus  dillərində səlis danışmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər şəkilli CV-lərini 6 İyul, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Şəbəkə administratoru)  göstərməyiniz xahiş olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Finca Azerbaijan 25-35 yaşlarında, İnformasiya Texnologiyaları sahəsində ali təhsilli, 3 ilə yaxın iş təcrübəsi olan şəxsləri database reporting developer vəzifəsinə işə dəvət edir. 
Şirkət namizədlərdən məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə şəhadətnamə, T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı, SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə, proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə, hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services), şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər, maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər, Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili biliyi tələb olunur.
Əmək haqqı namizədin biliklərinə əsasən müəyyən ediləcək.
Namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

AVİS Tibbi Marketlər Şəbəkəsi 23-30 yaşlarında, ali təhsilli, müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi olan veb dizayner axtarır. Namizəddən proqram bilikləri (HTML, CSS, Adobe Photoshop, Corel Draw, Java Script), texniki sənədlər üzrə işləmə bacarıqları tələb edilir. Əlaqədar şəxs Afaq Vəliyevadır.
Telefon: (051) 759-07-54, (012) 502-47-17
E-mail[email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə