Şirkətlər İT mütəxəssislər axtarır

23-05-2015 / 12:14

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində  bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

“Azpod MMC” proqramçı vəzifəsinə vakansiya elan edir.Qeyd edilir ki,  namizədlər 21-40 yaşlarında, ali texniki təhsilli, 1il iş təcrübəsi, mükəmməl kompüter, proqramlaşdırma biliyinə sahib  olmalıdır.Göstərilən əmək haqqı isə 500 - 600 AZN-dir. Əlaqədar şəxs Sibel xanım
Telefon: 0556700184, 051 309 92 92
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

"Ata Texnologiya MMC" sistem və texniki dəstək şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir. Belə ki, namizədlərdən ali təhsilli, iş təcrübəsi 3 ildən 5 ilə qədər olan, 23 – 30 yaşlarında olması tələb edilir. Bildirilir ki, onlar  Windows 7 və Windows 8(8.1) əməliyyatlar sistemində, Windows Server 2003, Windows Server 2008(R2) və Windows Server 2012(R2)  əməliyyatlar sistemində işləməyi bacarmalı, həmçinin server əməliyyatlar sistemlərində lazım olan Role-ları (AD DS, DNS, DHCP, File Server, IIS və.s), yüklənilməsi və  quraşdırılmasını təmin etməlidir. Exchange Server 2010 və Exchange Server 2013 email server-lərindən istifadə etmək,  idarəetmə , Microsoft ISA 2006 və TMG 2010, Kerio Control proqramlarında işləmək  bacarığı tələb olunur. Əmək haqqı 600 - 900 AZN-dir. Əlaqədar şəxs Könül Rzayeva
Telefon: (012) 598-99-00
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

"Vip Electronics and Security Systems" 19 - 25 yaşlarında, orta təhsilli, iş təcrübəsi 1 ildən aşağı olan şəxsləri texnik köməkçisi vəzifəsinə dəvət edir. Namizəd müşahidə kameraları, domafon sistemləri, elektron avadanlıqların quraşdırılması üzrə texnik köməkçisi, kabelləşmə işlərinin görülməsində köməklik, quraşdırma işlərini mənimsəmək kimi tapşırıqları yerinə yetirəcək. Əmək haqqı 200 AZN +,  bonuslar . Əlaqədar şəxs Nicat Quliyev
Telefon: 012-511-67-68
E-mail: [email protected]
Maraqlanan şəxs [email protected] ünvanına şəkilli CV göndərə bilərlər. Daha ətraflı buradan məlumat almaq mümkündür. 

"NetCom" şirkəti 22-36 yaşlarında, natamam ali təhsilli, 2-3 il iş təcrübəsi olan, Azərbaycan və rus dillərini səlis bilən, həmçinin İKT sahəsində ali təhsil, avadanlıqlar, şəbəkə, təhlükəsizlik avadanlıqları və biometrik avadanlıqları haqqında ümumi bilikləri  olan mütəxəssislər axtarır. Bu vəzifənin əmək haqqı 400-500 AZN-dir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

"Max Systems MMC" İT mütəxəssisi vakansiyası elan edir. Namizəddən  tеxniki təhsil, 1 ildən az olmayaraq eyni vəzifədə iş təcrübəsi, Azərbaycan və rus dillərini mükkəməl bilmək tələb olunur.  Həmçinin namizədlər  şəbəkə protokolların və şəbəkə xidmətlərin əsas iş prinsipləri haqda məlumatlı olmalı, hardware-nin fərqləndirici xüsusiyyətlərini bilməlidir. Onlar Windows və Linux ƏS haqda ümumi biliyə sahib olub istifadəçi proqram təminatın,  xarici qurğuların, MS Windows  və 1C-nin  iş prinsiplərinə bələd olmalıdır. 

Telefon: 596 44 92, 596 02 87, 418 19 54
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Modenis şirkəti proqramçı-analitik axtarır. Namizəddən yüksək məntiqi-analitik düşünmə bacarığı, SQL bilikləri – MS SQL (T-SQL), mürəkkəb SQL sorğularının yazılması, müxtəlif hesabatların çıxarılması (SQL sorğularla aylıq, gündəlik və s.) tələb olunur. Həmçinin  proqramlaşdırma – C#, VS2010,  ingilis və rus dili bilikləri (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi), proqram loqlarının analizi və protokolların mənimsənilməsi də əsas şərtdir. Əmək haqqı 1200 - 1700 AZN-dir.

Telefon: (012) 404-48-80
Maraqlanan şəxslər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə