Hansı şirkətlər İT mütəxəssis axtarır?

22-08-2015 / 12:05

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Soliton mağazalar şəbəkəsi  22-28 yaşlarında, ali və ya orta ixtisas təhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri kompüter işləri üzrə operator vəzifəsinə dəvət edir. Şirkət namizəddən MS Office proqramlarını rahat istifadə etməyi, mağazanın fəaliyyəti ilə əlaqədar məlumatların kompüterə daxil edilməsi, dəyişikliklərin elektron bazada qeyd edilməsi, gündəlik hesabatların hazırlanması, fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsini tələb edir. Əlaqədar şəxs: Nərgiz Əliyeva.
Maraqlanan namizədlərdən xahiş olunur ki, mövzu yerində vakansiyanın adı qeyd olunmaqla CV-ləri [email protected] ünvanına göndərsinlər. Şəkilsiz CV-lər qəbul edilməyəcək.
Telefon : (012) 180
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Life Guard şirkəti 22-35 yaşlarında, ali texniki təhsilli, müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri İT mütəxəssis vəzifəsinə dəvət edir. Namizəddən İT və elektronika sahəsində bilik, yeni məhsulların xarakteristikalarını bilmək, lokal şəbəkələrin quraşdırılması bacarığı tələb olunur. Əmək haqqı 400 AZN-dir.
Namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Finca Azerbaijan 25-35 yaşlarında, İnformasiya Texnologiyaları sahəsində ali təhsilli, 3 ilə yaxın iş təcrübəsi olan şəxsləri database reporting developer vəzifəsinə işə dəvət edir. 
Şirkət namizədlərdən məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə şəhadətnamə, T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı, SQL Server və Oracle bazalarının proqramlaşdırması və idarə olunması üzrə bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə, proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə, hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services), şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər, maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər, Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili biliyi tələb olunur. Əmək haqqı namizədin biliklərinə əsasən müəyyən ediləcək.
Namizədlər CV-lərini elektron ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sci-tech şirkəti ali təhsilli, iş təcrübəsi 1-3 il olan, Windows 7 əməliyyat sistemində işləmək bacarığı, Microsoft 2010/2013 proqramında işləmək və idarəetmə bacarığı olan şəxsləri İT mütəxəssis vəzifəsinə işə dəvət edir.
Namizədin iş üçün əsas vəzifələri: Client əməliyyatlar sistemində gündəlik ortaya çıxan problemləri həll etmək, şəbəkə mühit və avadanlıqları ilə tanış olub quraşdırmaq, server əməliyyatlar sistemlərində lazım olan Role-ların yüklənilib quraşdırmaq bacarığı (AD DS, DNS, DHCP, File Server, IIS və s.), Ms Windows Server 2008, MS SQL Server 2008, TCP/IP sistemlərinin bilməsi, Unix\Linux bilikləri, şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaqdır. Əlaqədar şəxs Həsən Həsənovdur.
Telefon: 070-240-45-37
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] (namizədin şəklinin olması mütləqdir) göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

AVİS Tibbi Marketlər Şəbəkəsi 23-30 yaşlarında, ali təhsilli, müvafiq sahə üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi olan veb dizayner axtarır. Namizəddən proqram bilikləri (HTML, CSS, Adobe Photoshop, Corel Draw, Java Script), texniki sənədlər üzrə işləmə bacarıqları tələb edilir. Əlaqədar şəxs Afaq Vəliyevadır.
Telefon: (051) 759-07-54, (012) 502-47-17
E-mail[email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

TBC kredit ali təhsilli, 2-3 il iş təcrübəsi olan, ingilis dilini bilən İT texnik vəzifəsi üzrə vakansiya elan edir. Şirkət namizəddən Windows OS, MS Office, şəbəkə protokollarının, VPN, firewall anlayışı, antivirus, ofis və uzaqdan idarəetmə proqramlarını bilmək, diaqnostik bacarıqlar tələb edir. Namizədin Azərbaycan dili və rus dillərini bilməsi vacibdir.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə