Previous Next
Bağla

İT şirkətlərimiz ixracı artırmaq üçün birləşdi

07-07-2017 17:28
İT şirkətlərimiz ixracı artırmaq üçün birləşdi

Bu gün ixtisaslaşmış 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.  

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Azərbaycanın hazırkı inkişaf dövründə əsas hədəflərinin çoxşaxəli, innovasiya yönümlü iqtisadiyatın formalaşdırılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və beynəlxalq ixrac və rəqabət imkanlarının genişləndirilməsi olduğunu vurğulayıb.

İnam Kərimov həmçinin bildirib ki, son illər dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların nəticəsi olaraq beynəlxalq səviyyədə nümunəvi modellər tətbiq edilib və cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi islahatların tərkib hissəsi olan ASAN xidmət  buna bir nümunədir. ASAN xidmət-in məqsədlərindən biri məhz innovativ yeniliklərin dövlət xidmətlərinə tətbiq edilməsidir, buna misal olaraq dövlət xidmətlərinin elektronlaşdırılması, “ASAN ödəniş” sistemi, ASAN Viza və s. göstərmək olar.

Daha sonra çıxış edən BestComp Group şirkətinin Müşahidə Şurasının və növbəti 6 ayda ərzində “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”n Müsahidə Şurasının sədri Rauf Həsənov Azərbaycanda istehsal olunan intellektual məhsulların heç də digər ölkələrin məhsullarından geri qalmadığını bildirib. O, Konsorsiumun yaradılmasının Azərbaycan şirkətlərinin dünya bazarına çıxışını asanlaşdıracağını, rəqabətədavamlı məhsulların istehsalına böyük imkan yaradacağını qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azexport portalı və “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” vasitəsi ilə Konsorsium üzvlərinin məhsullarının ixrac edilməsi üçün hər bir dəstəyi göstərməyə hazır olduqlarını bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Əşrəf Şıxəliyev Konsorsiumun yaradılmasının şirkətlər qarşısında yeni imkanlar açdığını və dövlət qurumu olaraq şirkətlərə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov bildirib ki,  cənab Prezident İlham Əliyev tərəfindən son illər Azərbaycanda informasiya texnologiyaları və rəqamsal iqtisadiyyatın formalaşması üçün çox mühüm addımlar atılır və bugünkü tədbirin keçirilməsi də bu sahədə atılmış uğurlu addımlardan biridir.

Daha sonra çıxış edən şirkət rəhbərləri yaradılan Konsorsiumun Azərbaycanda innovasiya texnologiyaları sahəsinin inkişafına daha da təkan verəcəyini qeyd ediblər.  

Qeyd edək ki, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ilk olaraq Azərbaycanın innovasiyalar sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirir və bu sahədə fəaliyyət göstərən şirkətlərin İttifaqı hesab olunur. Bu ittifaq Konsorsiuma daxil olan şirkətlərin mənafelərini qoruyacaq və onları beynəlxalq bazarda təmsil edəcək.

 

İmzalanmış memorandumun məqsədi ölkəmizdə innovasiyalar sahəsində fəaliyyətin əlaqələndirilməsi, biznes mühitinin əlverişliliyinin, investisiya cəlb edilməsi və sahibkarlıq fəaliyyətinə dəstəyin artırılmasıdır.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” ölkəmizin beynəlxalq bazarda rolunun artırılmasında da əlverişli olacaq. Belə ki, Konsorsium beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması, beynəlxalq ixrac imkanlarının gücləndirilməsi, beynəlxalq aləmdə intellektual brend kimi tanınan ASAN xidmət təcrübəsinin və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara inteqrasiya etməsində böyük rol oynayacaq.

Şirkətlər: SİNAM, ULTRA, Best Solution, Neuron, İdrak, Cybernet, BESTCOMP GROUP, GoldenPay, R.I.S.K COMPANY, “İnnovasiyalar Mərkəzi”

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZINNEX–in hesabat tədbiri keçirilib

23-11-2018

AZİNNEX və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

09-10-2019

“İnnovasiyaların İxracı Konsorsiumu”nun iclası keçirilib

15-12-2017

Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb

03-09-2020

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

ASAN xidmət yeni elektron portal yaradır

07-12-2017

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

İKT Konsorsiumu 2018-in hədəflərini açıqlayıb

14-02-2018

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026

AZINNEX: "İT məhsulları 30-dan çox ölkəyə ixrac edilir"

25-01-2024

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016

İnam Kərimov: ““ASAN qatar” sistemi yaradılacaq”

24-12-2016

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016

ASAN xidmət Dubayda təqdim olundu

09-02-2016

Azərbaycan İT şirkətləri vakansiya elan edib-Tələblər

25-12-2017

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015

İT şirkət məhsullarını Afrika bazarına çıxarır

05-03-2018

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə