Qloballaşan dünyada müstəqil dövlətçiliyimizin mühüm atributlarından biri olan Azərbaycan dilinin saflığının qorunması, dilimizə yad sözlərin daxil olmasının qarşısının alınması vacib məsələlərdəndir. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.
Xeberler.az-ın məlumatına görə, bu fikirləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev institutun 5 saylı şöbəsinin fəaliyyət planının müzakirəsi zamanı səsləndirib.
“Azərbaycan dilinin dövlət və cəmiyyət həyatının bütün sahələrində, o cümlədən ictimai-siyasi və elmi-texniki sahədə geniş istifadəsi nəticəsində dilin leksik sistemində terminlərin çəkisi xeyli artmışdır”, – deyə bildirən R.Əliquliyev ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində bir sıra tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
O deyib ki, terminoqrafiya fəaliyyəti dilimizə daxil olan yeni sözlərin toplanması və sistemləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahədə elektron informasiya sisteminin yaradılması da müasir dövrün tələblərindəndir.
Sonra institutun şöbə müdiri Səyyar Abdullayev əhbərlik etdiyi şöbənin cari il üzrə fəaliyyət planını təqdim edərək informasiya texnologiyaları üzrə terminoqrafiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yerinə yetiriləcək işlərdən danışıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə toplanmış ən müasir terminlərin seçilməsi, tərcümə edilməsi, təsnifi, sistemləşdirilməsi və qlossarilərin hazırlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri