Previous Next
Bağla

Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

12-04-2017 18:02
Xaricdəki alimlərimiz haqda məlumatlar bir araya toplanacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu gün keçirilən növbəti iclasında “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılması məsələsi müzakirə olunub.

AMEA-dan Xeberler.az-a verilən  məlumata görə,  informasiya sistemi haqqında məlumat verən institutun şöbə müdiri Gülnarə Nəbibəyova bu sistemin  20 sentyabr 2016-cı il tarixli Sərəncam ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə xidmət etdiyini bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi istiqamətində xaricdə yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi üçün tədbirlərin görülməsi də nəzərdə tutulub.

G.Nəbibəyova bildirib ki, “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılması məhz bu tədbirlərin həyata keçirilməsi məqsədini daşıyır. O, həmçinin informasiya sisteminin işlənilməsi üçün xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyəti haqqında dolğun məlumatların əldə olunmasının zəruriliyini diqqətə çatdırıb.

“Bunları nəzərə alaraq, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların əldə olunması üçün müvafiq təşkilatlara müraciətlərin ünvanlanması nəzərdə tutulur”, – deyə bildirən G.Nəbibəyova qeyd edi ki, bu məqsədlə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında sorğu forması hazırlanıb.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  çıxış edərək  “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılmasının vacib məsələlərdən olduğunu bildirib.

 Akademik dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların bir araya toplanması baxımından böyük əhəmiyyətə malik olan bu sistemin “Virtual Azərbaycan”ın qurulmasına öz töhfəsini verəcəyinə əminliyini  vurğulayıb.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

İnformasiya Texnologiyaları İnstitutunun alimləri ABŞ universitetinin qiymətləndirmə siyahısına düşüb

15-11-2021

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

24-06-2015

Viki-Mərkəzin fəaliyyəti müzakirə olunub

26-02-2016

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

Distant tədris mərkəzlərinin fəaliyyəti genişləndirilir

06-04-2016

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

“İT üzrə ən müasir terminlər toplanmalı və sistemləşdirilməlidir”

01-02-2016

İnformasiya Texnologiyaları İnstitutunun yubileyi keçiriləcək

23-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə