IV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilir

16-02-2026 / 12:31

ADA Universiteti və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşəbbüsü ilə lV Aqrar Startaplar və İnnovasiya Forumu keçirilir.

Xeberler.az məlumat verir ki, forumdan öncə ADA Universitetinin rektoru Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları aqrar startaplar sərgisi ilə tanış olublar.

Forumda 20-dək ali təhsil müəssisəsinin startap komandalarının hazırladığı layihələr, süni intellekt modulları nümayiş olunur. Rəsmi mərasimin yekununda qalib startapçılara mükafatların təqdim olunması nəzərdə tutulur.

Forum daha sonra öz işini “Aqrar ekosistemin innovativ inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzusunda panel müzakirələrlə davam etdirəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə