Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində bootcamp keçirilib.
Xeberler.az məlumat verir ki, “Bootcamp”ın məqsədi aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
“Bootcamp”da 20-yə yaxın ali təhsil müəssisəsini təmsil edən tələbələr, həmçinin 10-a yaxın akselerasiya və inkubasiya mərkəzinin nümayəndələri iştirak edib. Proqram iştirakçılara kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradıb.
Proqram çərçivəsində təşkil olunan infotur zamanı iştirakçılar Suqovuşan su anbarına və Xankəndi Tikiş Fabrikinə səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub.
İştirakçılar, həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər.
“Bootcamp”ın keçirilməsi gənclərin innovativ texnologiyalar sahəsində biliklərinin artırılması ilə yanaşı, azad edilmiş ərazilərdə aqrar inkişafın dəstəklənməsi və bu prosesə yeni nəsil mütəxəssislərin cəlb edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, cari ildə Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və ali təhsil müəssisələrinin iştirakı ilə Zəngilan, Xaçmaz, Şamaxı rayonlarında və Xankəndi şəhərində “Bootcamp” təşkil olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları