Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib. Layihənin keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq etməkdir.
Xeberler.az bildirir ki, layihəyə ölkə üzrə süni intellektin tədris olunduğu 10-a yaxın ali təhsil müəssisəsinin tələbələrinin və gənc tədqiqatçılarının iştirakı nəzərdə tutulur.
Layihə iştirakçıları təsərrüfatlarla əməkdaşlıq edən ali təhsil müəssisələri tərəfindən müəyyən ediləcək. Layihənin ilkin mərhələsi ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların seçilməsi, eləcə də kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər prioritet istiqamətləri üzrə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən süni intellektin tətbiqinə dair universitetlərdə vorkşopların, aqroparklar və iri təsərrüfatlara infoturların təşkili formasında həyata keçirilir. Bu istiqamətdə ilk vorkşop aprelin 16-da Bakı Dövlət Universitetində olacaq.
Vorkşopda kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq sahələri üzrə aqrar sahədə fəaliyyət göstərən ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin və innovativ təsərrüfat rəhbərlərinin iştirakı ilə avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqi mövzusunda təqdimatlar olacaq, müvafiq istiqamətlər üzrə iştirakçılara ətraflı məlumat veriləcək.
Layihədə iştirakla bağlı əlavə məlumatlar ali təhsil müəssisələrində təşkil olunan vorkşoplar zamanı təqdim ediləcək.
Vorkşop mərhələsindən sonra seçilmiş iri aqropark və müəssisələrdə infoturların təşkili planlaşdırılır.
Layihə iştirakçılarının süni intellektin tətbiqi sahəsində əldə etdikləri nəzəri və praktiki bilgilər əsasında aprelin 28-29-da Zəngilanın Ağalı kəndində “Bootcamp” təşkil ediləcək. “Bootcamp”ın əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının artırılması, aqrar sahədə fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsidir. Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandalar tərəfindən təklif olunan ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.
Yekunda iştirakçılar tərəfindən təklif olunan və hazırlanmış “ağıllı həllər”in “18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” Sərgisində nümayişi nəzərdə tutulur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları