Elm və Təhsil Nazirliyinin nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində “Huawei” şirkətinin baş ofisində bir sıra görüşlər keçirilib.
Xeberler.az bildirir ki, tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud əməkdaşlıq imkanlarını, xüsusilə təhsilin idarəolunması üzrə innovativ həlləri, eləcə də şirkətin tədqiqat və inkişaf istiqamətində qazandığı qabaqcıl təcrübəni müzakirə ediblər.
“Huawei” şirkətinin nümayəndələri tərəfindən süni intellekt sahəsində son texnoloji yeniliklər, rəqəmsal transformasiya strategiyaları və bu istiqamətdə həyata keçirilən qlobal layihələr barədə ətraflı təqdimat edilib. Xüsusilə təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ laboratoriyaların yaradılması, birgə tədqiqat proqramlarının təşkili, kadr hazırlığı və bilik transferi mexanizmləri müzakirə olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları