“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib

05-04-2017 / 17:02

Milli Məclisinin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Xeberler.az-ın məlumatına görə, layihə barədə komitə sədri Rafael Hüseynov məlumat verib.

Müzakirə zamanı Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R. Hüseynov qeyd edib ki, bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".

R. Hüseynov bildirib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir: “Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb”.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda plenar iclasa tövsiyə olunub.(APA) 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə