Previous Next
Bağla

Böhran şəraitində elektron ticarətin taleyi necə olacaq?- Şərh

23-12-2015 14:29
Böhran şəraitində elektron ticarətin taleyi  necə olacaq?- Şərh

Bu gün inkişaf etmiş ölkələrdə elektron ticarət geniş yayılıb. Böyük şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verirlər.

Azərbaycanda da elektron ticarətin tənzimlənməsi istiqamətində ciddi addımlar atılmasına ehtiyac  çoxdan duyulur.

Son dövrlərdə ölkədəki böhran  bu sahəyə diqqətinin  daha da artırılmasını tələb edir. 

Müşahidələrimiz göstərir ki, dünya ölkələrində bu kimi vəziyyətlərdə  e- ticarətin inkişafına tələbat daha da çoxalır.

Yəni, böhran vəziyyətində daha çox elektron ticarət inkişaf etməlidir.

Xeberler.az olaraq  ölkəmizdə bununla bağlı vəziyyətin  necə olmağı, ümumiyyətlə,  böhran  zamanı  bu sahəni necə inkişaf etdirməklə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman  Gündüz ilə söhbət  etdik.

Osman Gündüz məsələ ilə bağlı Xeberler.az- bildirib ki, real tənzimləmə mexanizmləri olmadığına görə, dünyada internet-biznesin yüksək artım templi seqmentlərindən biri olan elektron ticarətin inkişafı ölkəmizdə hələ də ləngiyir:

“Ölkədə elektron ticarət üzrə illik dövriyyə 11 milyondur. Bu da ümumi ticarət dövriyyəsinin cüzi bir hissəsini təşkil edir. Ötən illərə nisbətən də artım çox cüzidir. Bu rəqəmlər Azərbaycan potensialına görə, çox aşağıdır. Qonşu ölkələrlə müqayisə etsək, görərik ki, aktiv internet istifadəçilərinin sayının ümumi əhali kütləsinə faiz nisbətinin bərabər olmasına baxmayaraq elektron ticarətin həcmi bizdəkindən dəfələrlə çoxdur. Bunun əsas səbəbi elektron ticarətin yetərincə inkişaf etməməsidir . Məsələn, Qazaxıstanda elektron ticarətin ötən ilki dövriyyəsi 700 milyon dollar olub,  bu il isə 3.5 milyard  proqnozlaşdırılır”.

AİF Prezidenti vurğulayıb ki, dünya təcrübəsi göstərir ki, elektron ticarət daha çox böhran zamanı  inkişaf edir:

Əgər hökumət güzəştli addımlar atsa, bu sahənin inkişafı üçün münbit şərait yaratmış olar. Elektron ticarətin böhran zamanı inkişaf etməsinin səbəblərindən biri də çox vəsait və xərclər tələb etməməsidir, çevik və effektiv olmasıdır ”.

Onun sözlərinə görə, dünya ölkələrində böhran zamanı elektron ticarətin inkişafı üçün dövlət elektron ticarətlə məşğul olan şirkətləri ƏDV-dən, gömrük rüsumundan bir müddətlik azad edir. Azərbaycanda elektron ticarətin inkişafını ləngidən birinci dərəcəli amil də elə vergi-gömrük məsələsidir:

"Azərbaycanda hazırda bu sahənin inkişafı üçün yeganə tələb olunan, arzu olunan məqam hökümətin bu sahədə liberallaşma tədbirləri aparmasıdır. Eyni zamanda düşünürəm ki, internet mağazaların bank sisteminə və ödəniş sistemlərinə inteqrasiyası  üçün asan həllər təklif olunmalıdır. Adi sahibkarlar üçün hazırda bu məsələlər xeyli mürəkkəbdir. Alıcılar üçün müxtəlif ödəniş imkanları yaradılmalıdır. Həmçinin də mobilliyə diqqət yetirilməlidir. Artıq dünya trendlərində elektron ticarət termini yox, mobil ticarətdən söhbət gedir. Onlayn mühitdə aparılan ticarəti ƏDV-dən azad etmək mümkündür. Çünki hazırda elektron ticarətdən gələn gəlir 11 milyondursa, bunun vergisi çox cüzi bir şeydir. Dövlət indi güzəşt edərsə, 5 ildən sonra bu sahədə böyük dövriyyələr olduğu halda ƏDV-ni əlavə edə bilər”.

Osman Gündüz həmçinin qeyd edib ki, hazırda  Azərbaycan istehlakçıları xarici internet-mağazalardan daha çox alış-veriş edir. Bunun əsas səbəbi  yerli elektron ticarətlə məşğul olan mağazaların yetəri qədər inkişaf etməməsi, bazara daxil ola bilməməsidir. Yaxud da həmin mağazalar müştəriyə yetəri qədər güvən vermir:

“Azərbaycanda elektron ticarət zamanı fırıldaqçılıq halları ilə bağlı sensassion faktlar yoxdur”.

İnternetdə ticarət zamanı fırıldaq, elektron hesabların və hesablardakı vəsaitin oğurlanması hallarına  da münasibət bildirən Osman Gündüz bildirib ki, elektron ticarət zamanı plastik kart məlumatlarının qorunmasına, alış-veriş üçün istifadə olunan kompüterdə, mobil avadanlıqlarda elementar təhlükəsizlik qaydalarına əməl edilməsinə xüsusi diqqət yetirilməldir:

Real ticarətdə olduğu kimi elektron ticarət zamanı da xoşagəlməz hallara rast gəlinir. Dünyanın aparıcı elektron ticarət portalları belə halların qarşısını almaq üçün milyonlarla dollar xərcləyir. Azərbaycanda elektron ticarət prosesində kart informasiyalarının təhlükəsizliyini qorumaq, ümumiyyətlə elektron ticarət prosesində iştirak edənlərin infromasiya təhlükəsizliyinin qorunması üçün ciddi addımlar atılmalıdır. İnternet mağazalar alıcıların etimadını qazanmaq üçün zəruri tədbirlər görməli, şəffaflıq təmin olunmalı, istehlakçıların hüquqları qorunmalıdır. Onlayn mühitdə istehlakçı hüquqlarının qorunması, elektron formada alınan malların geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı məsələlərə yenidən baxmaq lazımdır. Həmçinin də malların  çatdırılması , logistika ilə bağlı infrastruktur inkişaf etdirilməli, internet-mağazalara yeni servislər təklif olunmalıdır.”

Osman Gündüz vurğulayıb ki, son dövrlərdə nağdsız ödənişlərin inkişafı üçün daha bir ciddi addım atılıb.
Ekspertin sözlərinə görə,  alkoqollu içkilərin satışı plastik kartla olacaq. Bu da o deməkdir ki, plastik kart daşıyıcılarının sayı kəskin artacaq.O, plastik kartların da elektron ticarət üçün ən mühüm əhəmiyyət kəsb edən məsələlərdən olduğunu bildirib.

Sevinc Çəltikova

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli internet-mağazalar rəqabətə dözmür

26-01-2015

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

06-09-2018

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir

24-09-2018

Elektron ticarətin zəif inkişafının səbəbi nədir?

07-03-2013

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024

Azərbaycanda elektron ticarətin həcmi 1,7 dəfə artıb

14-04-2015

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

Elektron ticarətin həcmi artıb

15-10-2015

Azərbaycanda elektron ticarətin həcmi 2 dəfə artıb

16-12-2015

Elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub

15-01-2015

Azərbaycanda e-ticarətin inkişafında əsas maneələr nədir?

16-12-2022

Elektron ticarətə “ƏDV yükü” – yeni qanun niyə gecikir?

19-03-2021

Dünya elektron ticarət dönəmi: Biz bu prosesə niyə gecikirik?

13-02-2019

Bakı Elektron Ticarət Forumu keçirilir

21-10-2019

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026

Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

12-05-2020

Hökumət elektron ticarət platformalarını inkişaf etdirmək istəyir

14-10-2019

E- ticarətin vergiyə cəlb olunmasının səmərəli mexanizmi yaradılır

02-09-2016

Ölkə əhalisi elektron qaydada daha çox qeyri-ərzaq məhsulları satın alır

13-01-2016

Elektron ticarət vergiyə cəlb edilir

14-12-2016

Azər Bayramov: Dünya üzrə elektron ticarətin həcmi çox böyükdür

03-12-2018

“Azərbaycanda gənc biznesmen, startaplar vergidən azad edilməlidir”

15-10-2015

Mobil ticarət elektron ticarətdən daha sürətlə artır

24-11-2015

Türkiyədə e-ticarətin həcmi 2 dəfədən çox artıb

14-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə