Previous Next
Bağla

Kaspersky Exploring Russia adlı turistik akselerator təqdim edilib

07-05-2020 10:43
Kaspersky Exploring Russia adlı turistik akselerator təqdim edilib

Yevgeni Kasperski (Kaspersky-nin baş direktoru) Kaspersky Exploring Russia adlı turistik akseleratoru təqdim edib. Layihə, Rusiya turizm sənayesini dəstəkləmək və gənc layihələrin pandemiyı müddətindən öz iş imkanlarını genişləndirmək üçün istifadə etmələrinə kömək etmək məqsədilə hazırlanıb.

Yevgeni Kasperski kiber təhlükəsizlik üzrə mütəxəssis və təhlükəsizlik həllərinin hazırlanması sahəsində uğurlu bir sahibkar kimi tanınır. Ancaq Yevgeninin ciddi bir məşğuliyyəti var. O, cəsarətli bir səyahətçidir, aktiv turizm və vəhşi təbiət həvəskarıdır. Yevgeni dünyanı çox gəzir, ancaq xüsusi həvəslə Rusiyanı araşdırır, ölkənin hətta ən gizli bölgələrini ziyarət etməyə çalışır.

Dünyanı cənginə alan COVID-19 pandemiyası turizm biznesinə də ağır zərbə vurdu. Bu, mövcud şirkətləri nəinki ziyana saldı, həm də bazara yenicə girməyi planlaşdıran gələcək layihələr üçün maneələr yaratdı. Gənc layihələr yalnız böyük oyunçuların mümkün dəstək mənbələrini deyil, eyni zamanda layihələrinin başlama mərhələsini elan etmək imkanlarını da itirdilər. Rusiyada startaplara və daxili turizmə dəstək olmaq üçün, Yevgeni Kasperski onlayn akselerator Kaspersky Explorer Russia-nı işə salıb.

Layihənin məqsədi turizm sahəsindəki ən parlaq və perspektivli fikirləri toplamaq, gələcək inkişaflarında onların yaradıcılarına dəstək olmaq və böhrandan çıxmaq üçün zəmin hazırlamaqdır. Bir vaxtlar məhz bu cür layihələr və həvəskarlar Yevgeniyə Rusiyanı səyahət etmək eşqinə düşməyə kömək ediblər. İndi isə maraqlı və perspektivli turizm layihələrinin reallığa çevrilməsinə kömək etməyin vaxtı çatıb.

"Koronavirus pandemiyası yalnız faciəvi beynəlxalq sınaq, maliyyə böhranı deyil, həm də birlik, qarşılıqlı yardım və dəstək dövrü oldu. Kiber məkanda təhlükəsizliyi təmin etdiyimiz əsas fəaliyyət sahəmizə əlavə olaraq, startaplara və gənc maraqlı layihələrə öz fikirlərini reallaşdırmaqda və bu dövrdən maksimum fayda əldə etməkdə kömək etmək qərarına gəldik. Şəxsən mən və komandamız media və marketinq dəstəyi, habelə akselerator proqramı çərçivəsində cəlb ediləcək investisiyalar vasitəsilə bu cür layihələrin reallaşması üçün fürsət yaratmaq istəyirik. İştirakçılar böyük şirkətlərin, iş adamlarının və fondların diqqətini cəlb etmək şansı qazanacaqlar. Əlbəttə ki, pandemiya turizm sənayesini dəyişdirəcək, ancaq səyahət etmək və dünyanı kəşf etmək ehtiyacı öz yerində qalacaq. Bu vəziyyətdə isə böhran dövründən bəhrələnmək üçün istifadə edənlər və bazara yeni yanaşmalar və layihələr təklif edə bilənlər qazanacaq," Yevgeni Kasperski bildirib.

Kaspersky Exploring Russia akseleratoruna düşmək üçün iştirakçıların hazır biznes layihəsinin olmasına ehtiyac yoxdur. Yaradıcıların zehnindəki bir fikir də kifayətdir. Layihələrin coğrafi "qeydiyyatı" üçün də heç bir məhdudiyyət yoxdur. İştirakçı istənilən ölkənin vətəndaşı və ya sakini ola bilər. Layihələr də Rusiya turizminə bağlı olmaya bilər, lakin gələcəkdə Rusiyanın turizm potensialını açmaq üçün tətbiq olunmalıdır.

İştirak üçün müraciətlər dörd istiqmət üzrə paylanacaq:

Travel Tech sahəsində texnoloji layihələr (startaplar)

sərgüzəştli və ekstremal turizmi daha əlçatan edən, həmçinin onu Rusiyada populyarlaşdıran və infrastrukturunu yaradan layihələr (Infrastructure Track)

səyahət və turizm sahəsində sosial əhəmiyyət daşıyan biznes layihələri (Social Tech)

davamlı inkişafa müsbət təsir göstərən biznes layihələri (Sustainability)

Bundan sonra münsiflər heyəti - Yevgeni Kasperskinin simasında, Kaspersky-nin nümayəndələri və turizm biznesinin aparıcı mütəxəssisləri ən təəccüblü və maraqlı layihələri seçəcəklər.

Finalçılar bir sıra onlayn seminar və mühazirələr vasitəsilə biliklərini artıra biləcəklər. Bu tədbirlər zamanı sənayenin aparıcı nümayəndələri öz təcrübələrini bölüşəcək və uğurlu bir iş qurmağın yollarını izah edəcəklər: maliyyə planı hazırlamaqdan tutmuş marketinq strategiyasına qədər. Bütöv akselerasiya proqramı boyunca finalçılar yalnız əsas mükafatlar uğrunda mübarizə aparmayacaq, həm də potensial investorlardan layihələrinin inkişafı üçün investisiya cəlb edə biləcəklər - onlara dərs keçən master-klas müəllifləri maraq göstərdikləri bir layihə ilə işləməyə davam edə biləcəklər. Bundan əlavə, akselerator, gənc sahibkarların gələcək inkişafı üçün faydalı təmasları əldə edə biləcəyi ünsiyyət platformasına çevriləcəkdir.

Birincilik qazanan layihə, öz işinə uyğun onlayn təhsil üçün qrant alacaq. Gümüş mükafatçı, layihəsi üçün PR və marketinq dəstəyi alacaq. Bürünc medal qazanan şəxs, iş problemlərini həll etməyə yönəlmiş xüsusi proqram təminatına abunə
olacaq.

Proqram boyunca ən parlaq fikirlər Yevgeni Kasperskinin şəxsi kanallarında, eləcə də turizm məkanının fikir liderlərinin kanalları və tematik kütləvi informasiya vasitələrində elan ediləcəkdir. Proqramın nəticələri əsasında qalibləri Yevgeni Kasperski özü adlandıracaq və təltif edəcək.

Yevgeni Kasperski ümid edir ki, bu təşəbbüs istedadlı sahibkarlara yeni bilik və bacarıqlar əldə etməyə və turizm biznesini inkişaf etdirmək üçün hazırlanmış ideyaları həyata keçirmək üçün investisiya tapmağa kömək edəcəkdir. Sənaye ilə birlikdə isə, o, Rusiyanı yerli turistlərə və xarici səyahətçilərə yeni bir bucaqdan göstərəcəyinə ümid edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

Yevgeni Kasperski Azərbaycana gəlib

04-04-2019

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

Azərbaycan turizm sahəsində startap yarışmasına qoşulur

04-07-2018

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

"Kiber Təhlükəsizlikdə Riyaziyyat" adlı pulsuz onlayn kurs keçiriləcək

11-09-2020

Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

29-05-2021

“Kaspersky Lab-ın startap proqramına Azərbaycandan müraciət olmayıb”

07-03-2017

“Smart TV-lər xaker hücumuna məruz qalacaq”

25-06-2015

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015

Kaspersky Lab hər startap layihəsinə 4 min dollar ayırır

13-10-2016

Startap Azərbaycan 2016-da iddiaçı olan layihələri tanıyaq- GoTrip

18-04-2016

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Nazirlikdə elektron marketinq üzrə işçi qrupu yaradılıb

28-10-2015

Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

28-12-2021

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Kasperski Laboratoriyası SAP ilə əməkdaşlığa başladı

14-04-2016

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021

Kaspersky Lab sənədli film çəkənlərin ekspedisiyasını dəstəkləyir

18-07-2019

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə