Xeberler.az olaraq bu il Startap Azərbaycan müsabiqəsində iddiaçı olan layihələrlə bağlı yazıları davam etdiririk.
Bundan öncə Allrent və Təbii. AL startapı barədə məlumat vermişdik.
Startap Azərbaycan-da qeydiyyatdan keçən layihələrdən biri də GoTrip.az startapıdır.
GoTrip.az turizm şirkətlərinin təklif etdiyi səyahət paketlərini özündə toplayan və tur tapmağa imkan verən onlayn platformadır.
GoTrip.az barədə daha ətraflı layihə rəhbərlərindən Vüqar Cəfərzadə ilə söhbət etdik.
Vüqar Cəfərzadə deyib ki, layihə ilk öncə Azərbaycan bazarı üçün nəzərdə tutulsa da, növbəti mərhələdə hədəfləri Gürcüstan, Ukrayna, Qazaxstan, Qırğızıstan, Özbəkistan və İran bazarına çıxmaqdır:
“Layihə rəhbərləri uzun illər marketinq araşdırma sahəsində çalışmışıb və layihə başlamamışdan öncə layihənin tam bazar araşdırması aparıb. Araşdırma həm istifadəçilər, həm də turizm agentlikləri üzrə aparılıb”.
Layihə rəhbəri bildirib ki, məhsul artıq hazırdır və bazara təqdim olunub:
“27 tur agentlyi ilə əməkdaşlığa başlamışıq. Bu agentliklərin 1500-dən çox səyahət paketləri saytda yerləşdirilib, eyni zamanda 60-dan çox şəhər və 450-dən çox otel haqqında hər iki (Azərbaycan və rus) dildə məlumatlar hazırlanıb. 60-dan çox səyahət paketi sifariş olunub”.
Onun sözlərinə görə, 3 layihə rəhbərindən (Vüqar Cəfərzadə, Tural Həsənov,Tural Məmmədli) əlavə komandaya turizm sahəsində təhsil alan 5 tələbə də qoşulub.
Vüqar Cəfərzadə Startap Azərbaycan 2016-dan gözləntiləri barədə də danışıb:
“ Ümid edirik ki, layihəmizin bazarda daha çox tanıdılması və investor, eləcə də maliyyə tapmaqda Startap Azərbaycan-ın böyük rolu olacaq. Hər bir layihənin uğuru komandanın effektiv işi və özünə inamından asılıdır. Bizim əsas üstünlüyümüz komandamız, insan kapitalıdır. Eyni zamanda layihə və məhsul artıq hazırdır, partnyorlar cəlb edilib, satışlar həyata keçirilib. Bazarda bizim təqdim etdiyimiz bütün xidmətləri bir arada təqdim edən ikinci bir layihə yoxdur. Komandamız peşəkardır, komandamızda marketinq sahəsində 7 il iş təcrübəsi olan və hazırda Bank sektorunda marketinq sahəsində çalışan üzvlərimiz və turizm təhsili almış, eyni zamanda 5 il ərzində veb proqramlaşdırma sahəsində təcrübəsi olan üzvümüz var. Zənnimizcə, qalib olmaq üçün bunlar əsas faktorlardır”.
Təsisçi layihənin veb saytının hazır olduğunu, saytın həm desktop versiyasının, həm də smartfon, planşetlər üçün uyğunlaşdırıldığını qeyd edib:
“Mobil tətbiqlərimiz hazırda mövcüd deyil, lakin layihənin planında müəyyən dövrdən sonra tətbiqlərin hazırlanması nəzərdə tutulub”.
Qeyd edək ki, GoTrip.az Milli Net 2015 müsabiqəsində "Mədəniyyət, İncəsənət və Turizm saytları" nominasiyası üzrə ikinci yerə layiq görülüb.Yeni Fikir müsabiqəsi 2016-da final çıxan layihələr arasında olub.
Həmçinin, Next Step İnnovasiya Mərkəz tərəfindən keçirilən 3-cü "Öz ideyanı gercəkləşdir" müsabiqəsində yarımfinalda iştirak hüququ qazanmış layihələrdəndir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri