Previous Next
Bağla

Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

05-03-2021 14:05
Kaspersky Paris Çağırışı təşəbbüsü işçi qrupun həmsədri olub

Kaspersky və iri şirkətlər şəbəkəsi Cigref Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı təşəbbüsü çərçivəsində çıxış edəcək altıncı işçi qrupun həmsədri olub.

Qrupun məqsədi internetdə təhlükəsizlik səviyyəsini artıracaq konkret təkliflər
hazırlamaqdır. Qrupa mütəxəssis dəstəyini məlumat bazarının geosiyasi aspektlərini öyrənən GEODE araşdırma mərkəzi göstərəcəkdir.

Sürətli rəqəmsallaşma cəmiyyətin və iqtisadiyyatın strukturunu dəyişdirir. O, innovasiya və iqtisadi tərəqqi üçün böyük imkanlar təqdim edir, eyni zamanda şirkətlərin rəqəmsal infrastruktur təhlükəsizliyi üçün risklər yaradır, kiber davamlılıq və texnologiyaya inam barədə suallar doğurur.

Cigref şəbəkəsi və Kaspersky əmindir ki, İKT texnologiyalarına və təchizat zəncirlərinə inamı artırmaq üçün bazar oyunçuları, istifadəçilər, təchizatçılar və ictimai təşkilatların birgə səyləri lazımdır.

Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2018-ci ilin noyabrında təqdim olunan Kiber Məkanda Etibar və Təhlükəsizlik üçün Paris Çağırışı günümüzün ən böyük kiber təhlükəsizlik təşəbbüsü hesab olunur. Burada dünyanın hər yerindən olan 1100-dən çox dövlət adamı və sıravi şəxslər, şirkət və təşkilatlar bir araya gəlir. Təşəbbüsün məqsədi dövlətlər, ayrı-ayrı hökumətlər, özəl şirkətlər və ictimai təşkilatlar arasında əməkdaşlıq yolu ilə kiber məkanda etibar, təhlükəsizlik və sabitliyi artırmaqdır.

Paris Çağırışı çərçivəsində Fransanın Avropa və Xarici İşlər Nazirliyi, kiber məkanda qlobal səviyyədə sabitliyi təmin edəcək imkanları və vasitələri araşdırmaq üçün altı işçi qrupu yaratmağa qərar verib. Altıncı işçi qrupunun məqsədi bu təşəbbüsü
dəstəkləyənlərə kiber təhlükəsizlik səviyyəsini yaxşılaşdırmağa kömək edəcək xüsusi alətlər təklif etməkdir.

“Paris Çağırışını imzalayan Cigref şəbəkəsi işçi qruplarının yaradılması işində Avropa
və Xarici İşlər Nazirliyini dəstəklədi və hazırda əməliyyat işlərində iştirak edir," deyə Cigref-in Paris Çağırış üzrə nümayəndəsi Arno Kustilye bildirib.

“Kiber məkanda sabitliyin möhkəmləndirilməsi üçün əsas təşəbbüs olan Paris Çağırışını bölüşür və alqışlayırıq. Çağırışın 6-cı prinsipini dəstəkləyən Qlobal Şəffaflıq Təşəbbüsümüzə (Global Transparency Initiative) uyğun olaraq və digər sənaye
təmsilçiləri, texniki ictimaiyyət, ekspertlər və vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə kiber məkanda təhlükəsizliyi və dayanıqlılığı artırmaq üçün konkret alətlərin
hazırlanması üçün müzakirələrə köklənəcəyik," Kaspersky-nin baş direktoru Yevgeni Kasperski deyib.

“Avropa və Xarici İşlər Nazirliyi Paris Çağırışı işçi qrupunun idarəçiliyi istiqamətində
Cigref və Kaspersky-yə etibar etməkdən məmnunluq duyur. İnanırıq ki, bu iki təşkilatın birgə səyləri qlobal kiber təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək,” deyə Fransanın Rəqəmsal Texnologiyalar üzrə Səfiri Anri Verdye bildirib.

Altıncı işçi qrup etibar və təhlükəsizliyi artırmağın yollarını axtaracaq. Onun tapşırıqlarına məhsul təhlükəsizliyi sahəsində artıq mövcud olan təşəbbüslərin və bazar iştirakçılarının öhdəliklərinin siyahısını hazırlamaq daxildir. Bu, qlobal səyləri təkrarlamadan İKT təchizatı zəncirinin təhlükəsizliyinin müzakirəsinə imkan verəcəkdir.

Qrup həmçinin beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (Organisation for Economic Co-operation and Development) rəqəmsal təhlükəsizliyinə dair tövsiyələri və yaradılmasında Kaspersky-nin də iştirak etdiyi "Rəqəmsal məhsulların təhlükəsizliyi" üzrə Cenevrə dialoqu sənədi kimi mövcud təcrübələri, təşəbbüsləri və tövsiyələri öyrənəcəkdir. Qrup Paris Çağırışı icmasının sonrakı müzakirələrinə zəmin hazırlamaq üçün nəticələr və tövsiyələri müzakirə edəcəkdir.

Görülən işlərin nəticələri 2021-ci ildə Paris Sülh Forumunda təqdim ediləcəkdir. Altıncı işçi qrupu Paris Çağırışını dəstəkləyən bütün təşkilatların təkliflərinə açıqdır. Əlaqə ünvanı: [email protected].

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

Kaspersky “Şifrəni dəyiş” adlı podkast təqdim edib

10-06-2021

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021

Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

16-10-2019

Azərbaycan beynəlxalq kibertəhlükəsizlik təlimə qatılacaq

16-12-2019

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020

Azərbaycan BƏƏ-də "Kibertəhlükəsizlik həftəsi 2023"də təmsil olunub

19-10-2023

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

01-09-2023

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Pavel Durov Paris məhkəməsində növbəti dəfə dindirilib

28-07-2025

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə