Previous Next
Bağla

Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

28-12-2021 11:57
Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

Kaspersky, “Formula-1” yarışlarında iştirak edən Scuderia Ferrari komandası ilə sponsorluq müqaviləsinin uzadıldığını və genişləndirildiyini elan edib. Yenilənmiş müqaviləyə görə, İT komandasının loqotipi pilotların dəbilqələri və komandanın geyimlərində qalmağa davam edəcək. Amma onun boliddəki yeri dəyişəcək – indi o, qabaq yedək spoylerində yerləşəcək.

Bundan başqa, 2022-ci ildən etibarən İT komanda həm də beynəlxalq “Formula-1” Esports seriyalarında iştirak edən Ferrari kiber idman komandasının da rəsmi tərəfdaşı olacaq. Virtual komandada parlaq gənc istedadlar və dünyanın ən sürətli yarışçıları toplanıb: Brendon Li, David Tonitsa və Domeniko Loves. Kaspersky-nin loqotipi Ferrari Esports pilotlarının geyimlərində və komandanın İtaliyanın Maranello şəhərində yerləşən aparıcı təlim mərkəzində yer alacaq. Razılaşmaya həmçinin oyunun brendinqi daxildir: şirkətin loqotipi Esport seriyalarında iştirak edən yarış avtomobillərinə yerləşdiriləcək.

Kaspersky 2010-cu ildən etibarən Scuderia Ferrari komandasının “Formula-1” yarışlarındakı rəsmi sponsoru və texnoloji tərəfdaşıdır. Bu dövr ərzində tərəflər keyfiyyətli texnologiyalar, komanda işi və innovasiya ehtirası da daxil olmaqla, ümumi dəyərləri birləşdirərək möhkəm və etibarlı münasibət qurmağa nail olublar. Kaspersky, Ferrari-ni Maranellodakı qərargah binasından tutmuş dünyadakı bütün “Formula-1” yarış zolaqlarına qədər dünyanın istənilən nöqtəsində 7/24 əsasda hərtərəfli İT qoruma ilə təmin edir.

“Ferrari ilə illər ərzində adi sponsorluq münasibətlərinin sərhədlərini aşan çoxillik tərəfdaşlığımızı davam etdirdiyimiz üçün çox şadam. Biz çoxdandır ki, bu komandanın bütün dünya üzrə təhlükəsizliyini təmin edirik. 2022-ci ildən başlayaraq qarşılıqlı fəaliyyətimiz yeni səviyyəyə qalxacaq: “Formula-1” yarışlarındakı əməkdaşlığımızı genişləndiririk və Esports kiber idman seriyalarında iştirak edən virtual Ferrari komandasını da dəstəkləyəcəyik, çünki bu yarışların böyük potensiala sahib olduğuna inanırıq,” deyə Kaspersky-nin baş direktoru Yevgeni Kasperski bildirib.

“Kaspersky ilə tərəfdaşlığımızı yeniləmək və genişləndirməkdən dolayı şadıq. Bizim bir çox ümumi tərəflərimiz var, məsələn, texnoloji mükəmməlliyə can atmaq və komanda işi mədəniyyəti. Kaspersky on ildən çoxdur ki, məlumatlarımızı həm yarış zolağında, həm də Maranelloda qoruyaraq Scuderia Ferrari komandasının uğurlarında aparıcı rol oynayır. Söhbət təhlükəsizlik kimi həssas bir mövzudan getdiyi zaman etibarlı bir tərəfdaşa güvənə bilmək bizim üçün vacibdir. Həmçinin, tərəfdaşlığımızın sürətlə inkişaf edən və avto idmanın daha geniş və gənc auditoriya arasında yayılması üçün böyük əhəmiyyət kəsb edən kiber idman sahəsinədək genişləndirilməsi də bizi sevindirir,” deyə Scuderia Ferrari komandasının baş direktoru və rəhbəri Mattia Binotto qeyd edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017

“Ferrari”nin İT sistemləri haker hücumuna uğrayıb

21-03-2023

Yeni Ferrari displeyləri

03-10-2008

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky kiber təhdidlər haqqında operativ məlumatlandırma üzrə lider elan edilib

30-04-2021

Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib

19-01-2022

“Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

25-04-2023

Bakcell Formula 1-in ilk rəsmi dəstəkçisi oldu

18-04-2019

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Bakcell stendinə azarkeş axını-Video

28-04-2023

Ən məşhur markalar hansılardır?

07-10-2009

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

"Kaspersky"-ə yeni direktor təyin olunub

09-04-2020

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Bakcell "Formula 1"in sürət liderlərini təqdim edir!

30-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə