Previous Next
Bağla

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017 15:08
 Kaspersky Lab-ın baş direktoru Bakıda olub

Kaspersky Lab şirkətinin baş direktoru Yevgeni Kasperski 24-25 iyun tarixlərində Bakıda səfərdə olub.

Xeberler.az-ın məlumatına görə, Azərbaycan paytaxtında Yevgeni işgüzar görüşlər keçirib, həmçinin Formula 1 Qran-pri yarışlarını izləyib.

Yevgeni öz səfərini belə şərh edib:

“Biz aktiv şəkildə əməkdaşlıq etdiyimiz dövlət qurumları və biznes strukturların nümayəndələri ilə məhsuldar görüşlər keçirdik. Azərbaycanda hökümət nümayəndələrinin kibertəhlükəsizlik məsələsində və lazımi infrastruktur barədə bu qədər məlumatlı olmaları məni yaxşı mənada təəccübləndirdi. Bakıda keçirilən Formula 1 yarışının səfərimin səbəblərindən olmasından məmnuniyyət duyuram. Bizim dəstəklədiyimiz  Scuderia Ferrari komandası podiuma çıxa bilməsə də, yarış əla idi. Əminəm ki, gələn dəfə onlar uğur qazanacaq!”.

Səfər zamanı Yevgeni Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşüb. Onlar məktəb və ali təhsil qurumlarında kompüterlərin müdafiəsinin əhəmiyyətini, uşaqların internetdə təhlükəsizliyi və eyni zamanda, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

Kaspersky Lab şirkətinin verdiyi məlumata görə, Azərbaycanda uşaqlar kompüter arxasında keçirdikləri vaxtın 75%-ni sosial şəbəkələrə həsr edirlər, buna görə də məktəblilərin rəqəmsal savadlılığının yaxşılaşdırılmasına xüsusi diqqət ayrılmalıdır.

Səfər çərçivəsində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazirin müavini Elmir Vəlizadə, Elektron Təhlükəsizlik Mərkəzinin rəhbəri Faiq Fərmanov və Yevgeni Kasperski informasiya təhlükəsizliyi sahəsində mövcud layihələri və onların mümkün inkişaf istiqamətlərini müzakirə ediblər.

İştirakçılar, ilk növbədə, daha çox kiberhücum hədəfinə çevrilən infrastruktur və sənaye obyektlərinin təhslükəsizliyinin vacibliyi ilə bağlı ortaq məxrəcə gəliblər. Digər əhəmiyyətli iş istiqamətlərindən biri də ekspert təlimləri olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə departamentinin rəhbəri İlham Aslanovla gələcək birgə işin istiqamətləri, eləcə də sənaye avtomatlaşdırılması sistemlərinin və təhsil proqramlarının müdafiəsi müzakirə edilib.

Delta Telecom şirkətinin Məlumat mərkəzi departamentinin rəhbəri Rüfət Talıbov və Yevgeni Kasperski mövcud layihələr və Azərbaycanda birgə işin perspektivləri barədə fikirlərini bölüşüblər.

Yevgeni Kasperskinin səfəri onu göstərir ki, Azərbaycan bazarı Kaspersky Lab üçün nə qədər əhəmiyyətlidir. Keçirilən görüşlər nəticəsində biz gələcək əməkdaşlıq istiqamətlərini və layihələrin başlanğıc nöqtələrini müəyyənləşdirə bildik”, - deyə Kaspersky Lab şirkətinin Azərbacanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky Lab şirkəti 2010-cu ildən etibarən Formula 1 yarışlarında Scuderia Ferrari  komandasının sponsorudur. İki şirkətin əməkdaşlığı daim genişləndirilir. 2013-cü ildə Ferrari istehsal proseslərinin İT təhlükəsizliyini təmin etmək üçün Kaspersky Lab şirkətinin qabaqcıl kompleks həllini seçib.

Ferrari şirkətinin informasiya sistemləri Maranellodaki əfsanə zavod kompleksindən başlayaraq finiş bayrağınadək olan bütün mərhələlərdə Kaspersky Lab şirkətinin həlləri ilə qorunur.

Məltəm  Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016

Yevgeni Kasperski Azərbaycana gəlib

04-04-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Scuderia Ferrari ilə sponsorluq müqaviləsini genişləndirir

28-12-2021

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019

Kaspersky və Ferrari tərəfdaşlqılarının on illiyini qeyd edir

10-08-2020

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

12-04-2016

Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

22-11-2017

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017

KasperskyOS Night yay konfransını Yevgeni Kasperski açıq elan edəcək

25-06-2021

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

Ümumdünya İnternet konfransı keçirilir

04-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə