Previous Next
Bağla

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016 11:42
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkəti təşkilatlara açıq bulud servisləri ilə məlumat mübadiləsi yaratmadan operativ şəkildə yeni təhlükələr barədə məlumat əldə etmək imkanı yaradan Kaspersky Private Security Network  yeni həllini istifadəyə verəcəyini elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, şirkətlər öz şəbəkələrində lokal şəkildə infrastruktur yarada biləcək və real vaxt rejimində qısa zaman ərzində Kaspersky Security Network (KSN) qlobal buludu vasitəsi ilə təhlükələr haqda məlumat əldə edib quraşdırılmış Kaspersky Lab məhsullarının sorğularını cavablandıra biləcəklər.

Sözügedən fərdi bulud Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən sertifikatlaşdırılıb.

Hazırda paylaşdırılmış bulud texnologiyaları müasir kibertəhlükələrlə mübarizənin effektivliyinin artmasına yönəlmiş bir çox qoruyucu həll tədarükçülər tərəfindən istifadə olunur.

Buludun yüksək məhsuldarlığı istifadəçilərin qurğularında aşkar olunmuş zərərverici proqram və internet səhifələrinin yeni nümunələrini daha çevik və dəqiq şəkildə təhlil etmək imkanı yaradır.

Naməlum təhlükə ilə rastlaşdığı halda müdafiə tətbiqləri kənar məkanda quraşdırılmış serverlər ilə əlaqə qurur və dərhal cavab alır. Məlumat bazalarının ənənəvi yenilənmə sxemi adətən bir neçə saat təşkil edir, bulud isə bir neçə dəqiqə ərzində istifadəçiləri yeni təhlükələrdən müdafiə ilə təmin edir.

Bundan başqa, geniş miqyaslı təhlil buludda aparıldığından bu yanaşma kompüter və ya serverin hesablayıcı gücünə qənaət etməyə imkan yaradır.

Paylaşdırılmış bulud KSN infrastrukturu yeni kibertəhlükələr ilə mübarizədə xeyli zamandır ki, özünü effektiv alət kimi təsdiqləyib.

Müxtəlif ölkələrdə yerləşdirilmiş serverlər korporativ və fərdi istifadəçilərin kompüterlərində quraşdırılmış Kaspersky Lab-ın həllərinin sorğularını sürətli şəkildə nəzərdən keçirir. Hazırda KSN 80 milyon iştifadəçini müdafiə etməyə yardım göstərir.

Yoxlanan faylın və yaxud internet səhifəsinin zərərli və ya zərərsiz olduğu barədə KSN-dən məlumat almaq üçün müdafiə məhsulu məlumatı buluda ötürməlidir.

Lakin bəzi sahələrdə bu tərzdə məlumat mübadiləsi korporativ İT-infrastrukturun sərhədi kənarında aparılması ya mümkün deyil, ya da qadağan olunub. Məhz bu müştərilər üçün Kaspersky Lab şirkəti Kaspersky Security Network-un bütün üstünlüklərini izolyasiya olunmuş və sertifikatlaşmış mühitlərdə istifadə etmək imkanı yaradan Kaspersky Private Security Network fərdi buludunu hazırlayıb. Şirkətin informasiya infrastrukturu daxilində yerləşən bir neçə güclü serverin üzərinə məlumat bazaları yerləşdirilir ki, ora KSN-dən təhlükələr haqda məlumat daxil olsun. “Buluddan-şəbəkəyə” yönəlmiş birtərəfli informasiya mübadiləsinin həyata keçirilməsi sayəsində heç bir məlumat şəbəkənin bağlı seqmentini tərk etmir. Bir KPSN kompleksi Kaspersky Lab-ın müxtəlif məhsullarından sorğuları qəbul etmək imkanına sahibdir.

“Böyük şirkətlər və dövlət təşkilatlarının informasiya təhlükəsizliyi siyasəti daxil olan və göndərilən məlumat axınının ciddi nəzarətini nəzərdə tutur. Lakin artan kibertəhlükə şəraitində müdafiə həllərinin ən böyük məhsuldarlığı daimi məlumat mübadiləsi zamanı əldə edilir. Fərdi müdafiə buludu böyük şirkətlərin tələbləri və xüsusiyyətlərinə uyğun şəkildə şirkətin İT-infrastrukturu daxilində yerləşən “Kaspersky Security Network” paylaşdırıcı sisteminin imkanlarını istifadə etməyə şans yaradır”, - deyə “Kaspersky Lab” şirkətinin araşdırmalar və layihələr üzrə direktoru Nikita Şvetsov bildirib.

Biznes üçün “Kaspersky Security”, virtual mühitlər üçün “Kaspersky Security”, “Kaspersky Anti Targeted Attack Platform” və digər platformalar ilə yanaşı “Kaspersky Private Security Network” platforması “Kaspersky Lab”ın böyük biznes-informasiya təhlükəsizliyini təmin edən həll kompleksinə daxildir.

Bu məhsullar hətta xarici resurslara məhdud çıxış olduğu halda ətraflı və çoxtəbəqəli müdafiə sistemi yaratmağa imkan yaradır.

Kaspersky Lab-ın həlləri barədə ətraflı məlumat burada.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

İyun ayının ən zərərli virusu hansı olub?

15-07-2009

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009

Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

10-06-2016

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə