Previous Next
Bağla

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017 11:36
Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

Kaspersky Lab şirkəti fərdi istifadəçilər üçün təqdim etdiyi müdafiə həllərini yeniləyib.

Şirkədən Xeberler.az-a verilən məlumata görə, indi onlardan ən çox istifadə olunan – “Kaspersky Internet Security” – şifrələyicilərin öhdəsindən daha yaxşı gəlir.

Belə ki, “Kaspersky Internet Security” ictimai Wi-Fi şəbəkələrinə qoşularkən Mac kompüterlərini qoruyur və Android cihazlarında hər bir tətbiq üçün ayrılıqda gizli kod quraşdırmağa imkan verir.

2017-ci ildə Kaspersky Lab tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, rəqəmsal cihazların sayı sabit olaraq artmaqdadır. Hazırda orta statistik Rusiya ev təsərrüfatında 6 qajetdən istifadə olunur, bir il əvvəl isə bu göstərici 5,6 olub.

Eyni zamanda, cihazların yarısından çoxu (orta hesabla 3,6) məhz mobil cihazlardır, yəni istifadəçilərin çoxu smartfon və tabletlər vasitəsilə İnternetə çıxış əldə edir. Məhz bu səbəbdən Kaspersky Lab şirkəti ən məşhur mobil platforma olan Android-in müdafiə sistemini gücləndirməyə qərar verib.

“Kaspersky Internet Security”nin yenilənmiş versiyasında Android cihazlarında tətbiqlərə fərdi mühafizə keçidi nəzərdə tutulub. Məsələn, bir istifadəçi şəxsi mesajları, fotoşəkilləri, əlaqə siyahısını, korporativ poçtunu və ya başqa vacib məlumatları özündən başqa digər şəxslərin görməsini istəmirsə, hər bir tətbiq üçün ayrı-ayrılıqda gizli kod təyin edə bilər.

Bu halda kodu bilməyən şəxs sadəcə olaraq proqramı aça bilməz. Bu cür müdafiə vasitələri hazırda çox aktualdır, belə ki, istifadəçilərin əksər hissəsi öz qajetlərini digər ailə üzvləri ilə, eləcə də, uşaqlarıyla bölüşür. Kaspersky Lab tərəfindən aparılan eyni araşdırmaya əsasən, Rusiyada qajet istifadəçilərindən, demək olar ki, hər beşincisi bunu edir.

Windows və Mac əsaslı kompüterlərin təhlükəsizliyi də diqqətdən kənar qalmayıb. Windows əsaslı cihazlar üçün mövcud həllə sistem yenilənməsi zamanı virusdan müdafiə funksiyası əlavə edilib. Bu da öz növbəsində bəzi zərərli proqram təminatlarının, ələlxüsus da, sifrələyicilərin əməliyyat sisteminin yenilənməsi zamanı proses üzərində nəzarəti ələ alması və müdafiə sisteminin hələ işə düşmədiyi bir vaxtda ümumi sistemə müdaxilə etməsi hallarını aradan qaldırmağa imkan verir. 

Eyni zamanda, Mac istifadəçiləri üçün internet-trafikin kodlaşdırılması funksiyası da hazırlanıb. Texnologiya məlumatların oğurlanma riskinin ən yüksək olduğu zaman avtomatik olaraq başlanır, məsələn, ictimai Wi-Fi şəbəkələrinə qoşulduqda, onlayn bankçılıqdan və ya gizli məlumatların əks olunduğu digər saytlardan istifadə edərkən.

“İstifadəçilərimiz təhlükəsizliyi – bizim prioritetimizdir, məhz buna görə də çalışırıq ki, onları bütün mümkün kibertəhlükələrdən qoruyan çox çoxşaxəli müdafiə sistemi ilə təmin edək. Kibercinayətlərin inkişaf tendensiyalarını yaxından izləyir, istifadəçilərin seçdikləri cihazlar, məşhur platformalar, saytlar və tətbiqlər baxımından bizə ünvanladıqları müraiəctləri dərindən öyrənirik – bütün bu məlumatlar təqdim etdiyimiz məhsulları daha da təkmilləşdirməyə imkan yaradır. Biz artıq 20 ildir ki, kibertəhlükəsizlik sahəsində işləyirik və bu yolun yarısını qabaqcıl ev məhsulumuz olan Kaspersky Internet Security ilə birlikdə keçmişik. Buna görə də bu məhsul illər ərzində yaratdığımız ən yaxşı cəhətləri özündə cəmləşdirmişdir”, - deyə “Kaspersky Lab”ın Fərdi istifadəçilər üçün məhsulların idarə edilməsi departamentinin rəhbəri Yelena Xarçenko bildirib.

“Kaspersky Internet Security” 2006-cı ildən etibarən rəqəmsal dünyada istifadəçinin həyatını qoruyur. Beləliklə, sözügedən həll maliyyə əməliyyatlarını təhlükəsizləşdirir, veb-kameraya və mikrofona icazəsiz girişləri bloklayır, Wi-Fi əlaqələrinin, saytların və proqramların təhlükəsizliyini yoxlayır, həmçinin uşaqları onlayn şəkildə müdafiə edir. Bunların hamısı isə bütün növ kibertəhlükələrin avtomatik aşkarlanması və bloklanması fonunda baş verir.

Fərdi istifadəçilər üçün yenilənmiş məhsul xəttinin bütün xüsusiyyətləri haqqında ətraflı məlumat burada. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019

Kaspersky Lab : Azərbaycanda korporativ istifadəçilərin 41faizi fərdi kompüterlərini parolla qorumur

05-02-2019

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019

KATV1 Kaspersky Labaratoriyası ilə əməkdaşlığa başlayır

01-06-2016

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022

Şirkətlərə kiberhücumlardan dəyən zərərin məbləği açıqlanıb

20-09-2016

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə