Previous Next
Bağla

Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

10-06-2016 14:18
Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

Kaspersky Lab şirkəti bankomat, POS-terminal və özünəxidmət terminalların qorunması üçün “Kaspersky Embedded Systems Security” həllini təqdim edib.

Xeberler.az-ın məlumatına görə, məhsul bu tipli avadanlığı kiber təhlükələrdən qoruyur və sistemi yükləmədən maliyyə vasitələrinin və bank kartları məlumatlarının təhlükəsizliyini təmin edir.

Bir qayda olaraq, bankomatlar köhnəlmiş əməliyyat sistemləri, adətən Windows XP ilə işləyir. Bununla yanaşı, bankomatlar məhdud məhsuldarlıq və zəif qoşulmaya malikdir. Onlar fərqli, həmçinin uzaqlaşdırılmış məkanlarda yerləşir, nadir hallarda yenilənir və banklardan fərqli olaraq zəif qorunur. Belə ki, son 2 il ərzində bütün dünyaya səs salmış Carbanak kiberqarət çərçivəsində cinayətkarlar bankomatlardan bütün dünya üzrə bank köçürmələri vasitəsi ilə bir milyard ABŞ dolları oğurlayıblar.

Kaspersky Lab-ın həlli bu tipli cihazlara ən çox yayılmış hücum üsulları ilə mübarizəyə imkan yaradan texnologiyalar təqdim edir.

“Öncədən qoyulmuş qadağa” rejimi sayəsində yalnız administrator tərəfindən icazə verilmiş fayl, drayver və kitabxanalar sistemdə yerinə yetirilir. Bu imkan bankomatları və ödəmə terminallarını axırıncı cihaz səviyyəsində “Tyupkin” və ”Skimer” kimi mürəkkəb və məqsədyönlü təhlükələrdən qoruyur.

“Avadanlığın nəzarəti” kimi əhəmiyyətli funksiya sayəsində avtorizasiya olunmamış USB-yığıcıların bu tip maşınlara fiziki qoşulma cəhdləri blok olunur. Beləliklə, kibercinayətkarlar tərəfindən sistemə giriş əldə etmək üçün müntəzəm şəkildə istifadə olunan əsas yollardan biri bağlanır.

Məhsul bütün istifadədə olan Windows növləri, o cümlədən Windows XP Embedded, Windows Embedded 8.0 Standard və Windows 10 IoT ilə tamamilə uyğunlaşır. Sistem tələbləri minimaldır – 256 Mb operativ yaddaş və diskdə 50 Mb yer kifayətdir.

Yeni Kaspersky Security Center həllini vahid mərkəzləşdirilmiş inzibatçılıq konsolundan idarə etmək mümkündür. Bundan başqa, məhsul Kaspersky Security Network bulud xidməti ilə inteqrasiya olunub ki, bu da təhlükələr barədə analitik məlumatı real vaxt rejimində əldə edir və sıfırıncı günün eksployt hücumlarının qarşısını alır. O, həmçinin ödəmə kartları sənayesinin (PCI DSS) məlumat təhlükəsizliyi standartının tələblərinə də cavab verir. Tələblərə əsasən, bank kartları ilə çalışan sistemlər müntəzəm olaraq yenilənən antivirus ilə təchiz edilməlidir.

“Qarşımızda məhdud funksionallığa və aşağı məhsuldarlığa malik maşınların təhlükəsizliyini təmin etmək üçün bütün müasir qoruyucu texnologiyaları bir həldə birləşdirmək məqsədi dururdu. Bankomat və satış terminalları olduqca nadir hallarda yenilənir, onların əksər hissəsi on ilə yaxın işləyir və texniki olaraq müasir deyil. Məhz bu səbəbdən biz keçmiş nəsil aparat təminatı ilə uyğunlaşa bilən məhsul hazırladıq. Sistemi qorumaq üçün bizim həllin şəbəkəyə qoşulması mütləq deyil. Bundan əlavə, biz ona cihazların səmərəli nəzarət texnologiyalarını və öncədən quraşdırılmış qadağa rejimini daxil etdik”, - deyə Kaspersky Lab şirkətinin bankomat və satış nöqtələrinin müdafiəsi üzrə rəhbər Dmitri Zveginets qeyd edib.

 Kaspersky Embedded Systems Security həlli barədə ətraflı məlumat burada.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Embedded Systems Security həllini yeniləyib.

Kaspersky Embedded Systems Security həllini yeniləyib.

30-04-2020
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

Kaspersky Lab biznes üçün qorunmanı təkmilləşdirdi

18-04-2019
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

Azərbaycandakı kompyuterlərin 42 faizində hələ də Windows 7 istifadə olunur

17-05-2021
Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022
Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

Kaspersky inteqrasiya edilmiş həll təqdim edib

09-07-2020
Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

Biznes üçün Kaspersky EDR analitik və praktiki tövsiyələrlə gücləndirilib

30-09-2022
“Kaspersky Security” həllinin yeni versiyası yarım il pulsuz olacaq

“Kaspersky Security” həllinin yeni versiyası yarım il pulsuz olacaq

02-04-2020
Satışda təhlükəli proqram təminatı aşkarlanıb

Satışda təhlükəli proqram təminatı aşkarlanıb

24-10-2017
Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016
Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016
Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

Texnoloji avadanlıqların təhlükəsizliyini necə qoruyaq?

06-09-2017
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Parolları kibercinayətkarlardan necə qorumaq olar?

Parolları kibercinayətkarlardan necə qorumaq olar?

09-03-2017
Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

Kaspersky öz bulud həllinin təkmilləşdirilmiş versiyasını təqdim edib

16-05-2022
Kaspersky Security OneDrive buludunu da qoruyacaq

Kaspersky Security OneDrive buludunu da qoruyacaq

06-09-2019
Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

Kaspersky ev istifadəçilərini kiber təhdidlərdən effektiv şəkildə qoruyur

10-01-2020
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

Banklar kibertəhlükəsizlik siyasətinə yenidən baxır

02-08-2018
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə