Previous Next
Bağla

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016 15:55
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab şirkəti “bug bounty” proqramı vasitəsilə öz həllərində boşluqların mövcudluğunu yoxlayacaq.

Kaspersky Lab şirkəti hazırladığı proqram təminatlarında boşluqların aşkarlanmasına yönəlmiş “bug bounty” proqramını açıq elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  sözügedən təşəbbüs kənar tədqiqatçıların cəlb olunması və şirkətin həllərində əhəmiyyətli xətaların müəyyən edilməsi halında mükafatın ödənilməsini nəzərdə tutur. Bununla Kaspersky Lab öz həllərində daxili boşluqları aradan qaldırmaq istiqamətində işləməklə yanaşı, informasiya texnologiyaları sahəsində kənar ekspertlərlə qarşılıqlı əlaqələrin miqyasını və formatını genişləndirir.

 Bu təşəbbüsdə Kaspersky Lab-ın tərəfdaşı qismində “bug bounty” proqramları üçün tanınmış beynəlxalq platforma olan “HackerOne” çıxış edir.

Cari ilin avqustun 2-də start götürən proqramın birinci mərhələsi 6 ay ərzində davam edəcək. Bu müddət ərzində Kaspersky Lab fərdi və korporativ istifadəçilər üçün flaqman həllər sayılan “Kaspersky Internet Security” və biznes üçün “Kaspersky Endpoint Security” proqram təminatlarını yoxlanmaya təqdim edəcək.

Ümumilikdə şirkət boşluqları aşkarlayan tədqiqatçılara 50 min ABŞ dolları həcmində mükafat verməyi nəzərdə tutur. Birinci mərhələ yekunlaşdıqda Kaspersky Lab nəticələri təhlil edərək növbəti mərhələdə istifadə olunacaq əlavə məhsulları və sonrakı tədqiqatlar üçün nəzərdə tutulmuş ödənişləri müəyyən edəcək.

“”Bug bounty” proqramı məhsullarımızın daim təkmilləşdirilməsi və onların etibarlılığının artırılması üçün həyata keçirdiyimiz tədbirlərə möhtəşəm bir əlavədir. Təhdidlərin gündən-günə mürəkkəbləşdiyi və cinayətkarların daha qəliz alətlərdən istifadə etdiyi bir mühitdə kibertəhlükəsizlik sahəsində çalışan şirkətlər “bug bounty” proqramları vasitəsilə kənar ekspertlərlə daha sıx əməkdaşlıq etməlidirlər. Bu, müdafiə həllərinin etibarlılığı və istifadəçilərin təhlükəsizliyinin təminatı üçün effektiv vasitə və zəruri bir addımdır", - deyə Kaspersky Lab şirkətinin araşdırmalar və layihələr üzrə direktoru Nikita Şvetsov bildirib.

“Boşluqlar qaçılmazdır və “bug bounty” formatlı təşəbbüslər proqram təminatlarının ənənəvi üsullarla müdafiəsinin gücləndirilməsini öz bacarıq və təcrübələrinə görə inanılmaz müxtəlif haker qruplarını cəlb etməklə daha da təkmilləşdirməyə yönəlib. İstifadəçilərin ən yüksək səviyyədə müdafiəsini davam etdirmək üçün Kaspersky Lab şirkətinin “bug bounty”nin bütün üstünlüklərindən faydalanmasına yardımçı olmağımıza şadıq”, - deyə “HackerOne” platformasının həmtəsisçisi və texniki direktoru Aleks Rays (Alex Rice) vurğulayıb.

Kaspersky Lab” şirkətinin “bug bounty” proqramı haqda daha ətraflı məlumat  burada və şirkətin bloqunda təqdim olunub.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
XRİTDX “bug bounty” proqramına start verir

XRİTDX “bug bounty” proqramına start verir

08-04-2025
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

Daha bir ölkə Kaspersky məhsullarını qadağan etdi

22-12-2017
Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

Kaspersky Lab-dən 10 min dollar qazanmaq imkanı- Müsabiqə

11-08-2016
ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

13-12-2017
“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

“Azərbaycanda bizimlə əməkdaşlıq edənlərin sayı artır”

04-03-2017
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky-dən virus xəbərdarlığı

Kaspersky-dən virus xəbərdarlığı

04-09-2009
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Kaspersky istehlakçılara  xəbərdarlıq edib

Kaspersky istehlakçılara xəbərdarlıq edib

17-12-2009
İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə