Previous Next
Bağla

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018 12:50
Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

 “Kaspersky Lab” Avropa istifadəçilərinə daxil olan zərərverici və şübhəli faylların Sürixdə emalına başlayıb və elə həmin şəhərdə ilk şəffaflıq mərkəzini açıb. Bu, “Kaspersky Lab”ın 2017-ci ilin oktyabr ayında elan etdiyi miqyaslı layihənin – informasiya şəffaflığı üzrə qlobal təşəbbüsün icrasında mühüm bir addımlardır. Sözügedən layihə hətta fərziyyələrə əsaslanan risklərə qarşı şirkətin İT-infrastrukturunun dayanıqlığının artırılmasına və bütün prosesləri cari və gələcək müştərilər, həmçinin, geniş ictimaiyyət üçün daha şəffaf etməyə hədəflənib.

Xeberler.az bildirir ki, “Kaspersky Lab” istifadəçiləri könüllü şəkildə “Kaspersky Security Network” (KSN) bulud infrastrukturu ilə məlumatlarını paylaşa bilər. Noyabrın 13-dən etibarən isə bu məlumatların bir hissəsi, əsasən də şübhəli və əvvəllər məlum olmayan zərərverici fayllar, həmçinin, avtomatik təhlil üçün şirkətin Avropa istifadəçilərindən aldığı müvafiq metaməlumatlar İsveçrədəki məlumatların emalı üzrə iki mərkəzdə emal olunur. Məlumatların emalı üzrə əlavə infrastrukturun yaradılması prosesi gözləndiyi kimi 2019-cu ilin sonunda tam başa çatacaq.

Digər məlumatlar isə, o cümlədən təhdidlərin məsuliyyətsizləşdirilmiş statistikası, sözügedən qlobal təşəbbüsün növbəti mərhələlərinin icrası zamanı Sürixdə emal olunacaq. Bundan başqa, “Kaspersky Lab” Sürixdə özünün ilk şəffaflıq mərkəzini açıb. Bu struktur çərçivəsində etibarlı tərəfdaşlar və hökumət təşkilatlarına şirkətin məhsullarının mənbə kodunu yoxlamaq təklif olunur. Bundan başqa, onlar virus siqnaturalarının məlumat bazasına, proqram təminatının yenilənmələrinə, proqram təminatının təhlükəsiz hazırlanması üzrə sənədlərə və digər vacib materiallara çıxış əldə edəcəklər. Şəffaflıq mərkəzi xarici auditin və şirkətin mənbə kodunun qiymətləndirilməsinin aparılmasına, həmçinin, təhlükəsiz və rahat mühitdə xüsusilə
bunun üçün yaradılmış texniki sənədlərin öyrənilməsinə imkan yaradacaq.

Şəffaflıq və Avropa istifadəçilərinin məlumatlarının emalı mərkəzlərinin açılışından sonra “Kaspersky Lab”ın növbəti planı analoji mərkəzlərin digər regionlarda da yaratmaq, həmçinin, Sürixdə Avropa, ABŞ və başqa ölkələrdə olan istifadəçilər üçün proqram təminatının kompilyasiyasını həyata keçirməyə imkan verən infrastruktur qurmaqdırdır. Müstəqil reytinqlərə əsasən, İsveçrə müdafiə olunan internet-serverlərin sayına görə dünya liderləri sırasındadır. Bu ölkənin İT-infrastrukturu və məlumatların emalı mərkəzləri qlobal səviyyədə ən yüksək etibar qazanıb. Avropanın “ürəyində” yerləşən, bununla belə, Avropa İttifaqına üzv olmayan İsveçrə məxfi məlumatların tənzimlənməsi üzrə ölkə Konstitusiyası və federal qanunlar tərəfindən zəmanət verən şəxsi siyasətini formalaşdırıb. Bundan başqa, ölkədə hakimiyyət orqanları tərəfindən daxil olan elektron məlumatların alınmasına dair sorğuların emalı prosedurunu tənzimləyən sərt qaydalar qüvvədədir.

“İT-sənayedə şəffaflıq təşəbbüsü artıq yeni normaya çevrilir, əsasən də kibertəhlükəsizlik sahəsində. Biz bu prosesdə ön mövqedə olmağımızdan qürurlanırıq və istifadəçilərimizin məlumatlarınını müdafiəsinə və məhsullarımızın etibarlılığına ciddi yanaşırıq. İsveçrədə istifadəçi məlumatlarının emalı və proqram təminatının hazırlanmasına dair əlavə infrastrukturun yaradılması bunun bariz nümunəsidir. İnformasiya açıqlılığı üzrə qlobal təşəbbüsümüz çərçivəsində verdyimiz vədlər artıq uğurla yerinə yetirilir. Biz ekspertləri və hökumət təşkilatlarını məhzullarımızla (mənbə kodu, proqram yenilənmələri və digər texniki sənədlərlə) tanış olmaq üçün Sürixdəki yeni şəffaflıq mərkəzinə dəvət edirik. Hesab edirik ki, bu cür addımlar həm şirkət, həm də ümumiyyətlə bu sahə üçün hələ başlanğıcdır. Məhsulların etibarlılığını təsdiq etmək zərurəti tezliklə sənaye standartlarına çevriləcək”, - deyə “Kaspersky Lab”ın baş direktoru Yevgeni Kasperski bildirib.

“Kaspersky Lab”ın şəffalıq prinsipləri və informasiya açıqlılığı təşəbbüsü barədə daha ətraflı linkdə: https://www.kaspersky.ru/about/transparency.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

İstifadəçi məlumatların emalı mərkəzi yaradılır

15-05-2018
Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

Kaspersky Lab Madriddə Şəffaflıq Mərkəzi açır

04-04-2019
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky istifadəçi məlumatlarını İsveçrəyə köçürür

Kaspersky istifadəçi məlumatlarını İsveçrəyə köçürür

12-05-2022
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky yeni təlim proqramına start verir

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

İT şirkətlər azərbaycanlı istifadəçiləri kiberhücumlardan qoruyacaq

02-08-2017
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Bu  proqram şifrənin təhlükəsizliyini yoxlayır

Bu proqram şifrənin təhlükəsizliyini yoxlayır

13-03-2019
Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019
Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

Kaspersky Amerika məhkəməsinə şikayət edəcək-Rəsmi

21-12-2017
Kaspersky Lab məhsullarında  boşluq tapan 50 min dollar qazanacaq

Kaspersky Lab məhsullarında boşluq tapan 50 min dollar qazanacaq

03-08-2016
İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

İlham Əliyev Kaspersky Lab şirkətinin icraçı direktoru ilə görüşüb

13-02-2016
Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

Kaspersky Lab startap layihələrinə 1 milyon dollar yatırım edəcək

12-05-2016
Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

Kaspersky Lab və İnterpol birgə əməkdaşlığa davam edir

11-07-2019
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018
Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

Rusiya İT şirkəti ABŞ-ı məhkəməyə verdi

19-12-2017
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

Azərbaycanda 2018-ci ildə hər beşinci istifadəçi maynerlərlə qarşılaşıb

01-11-2018
ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

ABŞ-da Kaspersky-dən istifadə qadağan edildi

13-12-2017
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə