“Kibernetika və informatikanın problemləri” adlı konfrans keçirilir

26-08-2025 / 11:44

Avqustun 26-da Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda “Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda VI beynəlxalq konfrans işə başlayıb.

Xeberler.az məlumat verir ki, konfransın məqsədi süni intellekt, idarəetmə sistemləri, siqnal emalı, optimallaşdırma və görüntülərin tanınması sahələrində son elmi nailiyyətləri müzakirə etmək, qabaqcıl tədqiqatları təqdim etmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Hibrid formatda keçirilən konfransda Türkiyə, ABŞ, Polşa, Fransa, Belçika, Gürcüstan, Almaniya, Avstraliya, Rusiya, Ukrayna, Estoniya, İsveçrə, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Yaponiya və digər ölkələrin aparıcı alimləri iştirak edirlər.

Konfransda 30-dan çox ölkənin elmi ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Azərbaycan İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini icra edən Əminağa Sadıqov, ABŞ-ın Ueyn Dövlət Universitetinin təmsilçisi Boris Morduxoviç, Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru Örkən Mamırbayev və başqaları iştirak edirlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə