Bakıda “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025” keçirilib. Forum gənclər arasında kibertəhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və milli təhlükəsizlik ekosistemində insan faktorunun rolunun artırılması məqsədilə təşkil olunub.
Tədbirin əsas tərəfdaşlarından biri kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) çıxış edib.
Xeberler.az məlumat ki, forumun açılış mərasimində XRİTDX-nin Baş İdarə rəisi Azər Əhədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qadir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov iştirak ediblər.
“Süni intellekt və insan faktoru: Kibertəhlükəsizlikdə yeni dəyişikliklər və qarşılaşdığımız risklər” mövzusunda keçirilən panel müzakirəsində XRİTDX-nin bölmə rəisi Murad Balayev çıxış edərək süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sistemlərinə təsiri, insan faktorunun əhəmiyyəti və yaranan yeni risklər barədə fikirlərini bölüşüb.
“Kibertəhlükəsizlik: Proqramlaşdırma və məlumatların qorunmasında yeni yanaşmalar” mövzusuna həsr olunmuş digər paneldə isə XRİTDX-nin idarə rəisi Nadir Novruzov iştirak edib. Onun təqdimatında proqram təminatının təhlükəsizliyinə dair müasir metodlar, məlumatların mühafizəsində tətbiq edilən yeniliklər və qabaqcıl texnologiyalar ətrafında müzakirələr aparılıb.
Forum “Demo sistemlər üzərində zəifliklərin aşkar edilməsi və müdafiə üsulları”na dair praktiki simulyasiya ilə yekunlaşmışdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu kimi təşəbbüslərdə fəal iştirak etməklə, kiberməkanın təhlükəsizliyinə dair ictimai şüurun artırılması, gənclərlə bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində mühüm rol oynamaqda davam edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları