“ASAN xidmət” təcrübəsi Kambocada tətbiq olunacaq

05-12-2025 / 18:16

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Kambocaya səfəri çərçivəsində Dövlət Agentliyi ilə Kambocanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi “ASAN xidmət” təcrübəsinin Kamboca tərəfi ilə paylaşılmasıdır.

Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, memorandumun mübadiləsi mərasimində Kambocanın Baş nazirinin müavini Vonqsey Vissot iştirak edib.

Səfər çərçivəsində Kambocanın poçt və telekommunikasiyalar naziri ilə görüş keçirilib.

Görüş zamanı memorandumun icrası istiqamətində işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib.

Eyni zamanda, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının, eləcə də Qırğızıstan və Filippin nümayəndələri ilə “ASAN xidmət” təcrübəsinin paylaşılması və potensial əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə