Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək

15-09-2020 / 19:22

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə “Kibertəhlükəsizliyin əsasları – CompTIA Security+” adlı vebinar keçiriləcək.

Xeberler.az bildirir ki, kibertəhlükəsizliklə bağlı təcrübəsini artırmaq, bu sahədə ixtisaslaşmaq istəyənlər, eləcə də beynəlxalq imtahana hazırlaşanlar vebinarda ödənişsiz iştirak edə bilərlər. Təlimin məqsədi iştirakçıları “CompTIA Security+” əsasında kibertəhlükəsizliyin fundamental bilgiləri ilə tanış etmək, beynəlxalq sertifikatlaşma və yeni kurs barədə məlumatlandırmaqdır.

Vebinarda təlimçi qismində “Eurodesign” şirkətinin şəbəkə və təhlükəsizlik mühəndisi, İKT LAB “CompTIA Security+” instruktoru Ramil Baxşıyev çıxış edəcək. R.Baxşıyev “CompTIA Security+” kursunu Azərbaycan dilində tədris edən ilk və yeganə mütəxəssisdir. O, “CCNP Security”, “Palo Alto PCNSE”, “Huawei WDM” və digər sertifikatlara sahibdir. Təlimin digər spikeri “Eurodesign” şirkətinin korporativ biznes inteqratoru Günel Qənbərova, fəxri qonağı isə İKT LAB Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov olacaq.

Sentyabrın 19-u saat 12:00-da baş tutacaq təlim “Microsoft Teams” proqramı üzərindən keçiriləcək. Vebinarda iştirak etmək istəyənlər https://bit.ly/3heAEtJ keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, “Eurodesign” 20 ildən çoxdur IT xidmətlərinin göstərilməsi, sistem inteqrasiyası, IT konsaltinq və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşıb. Proqram təminatı, autsorsinq və konsaltinq xidmətləri bazarında çoxillik təcrübəyə malik olan şirkət biznesi idarəetmə sisteminin inteqrasiyası, mobil və ya veb-tətbiqlərin yaradılması, şəbəkəqurma, təhlükəsizlik sistemləri kimi xidmətləri də təklif edir. “Eurodesign” “Cisco”, “Microsoft”, “Oracle”, “IBM”, “Siemens AG”, “HPE”, “Huawei”, “AVAYA” və bunun kimi proqram və aparat təminatı istehsal edən dünyanın bir çox aparıcı şirkəti ilə əməkdaşlıq edir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.