Kompüterdə pornoqrafik fotoşəkilləri gizlətmək qeyri-mümkündür

27-04-2011 / 00:57

Bu USB yaddaş kompüterə taxılır və pornoqrafik məzmunda olan bütün fotoşəkilləri tapır.

 

Xəbərlər-in verdiyi məlumata görə, Porn Stick USB yaddaşı kompüterə taxılır və pornoqrafik məzmunlu bütün fotoşəkilləri tapır. Əgər uşaqlarınızın, həyat yoldaşınızın ya da işçilərinizin pornoqrafik məzmunlu saytlarda gəzişdiyindən şübhələnirsinizsə artıq bunu müəyyənləşdirməyin yolu var.

 

Paraben firmasının istehsal etdiyi Porn Stick adlı məhsul kompüterdə olan pornoqrafik məzmunlu bütün şəkilləri tapır və hamısını öz yaddaşına qeyd edir. NTVMSNBC-in xəbərinə görə satış qiyməti cəmi 100 dolar olan ‘Porn Stick', keçirilən testlərdə uğurlu nəticə verib. Taxıldığı kompüterdəki hər bir pornoqrafik fotoşəkli tapa bilən cihazın necə çalışdığını isə istehsalçılar belə açıqlayır: "Porn Stick fərqli alqoritmlərdən istifadə edərək fotoşəkillərdə bədən rəngi tonlarını, müəyyən şəkilləri və üzləri yoxlayır."

 

Nəticənin səhv olma ehtimalı 1 faizə bərabərdir. İstehsalçılar isə istifadəçilərə öncədən xəbərdarlıq edir: "Bir kompüterdə tapdığınız bir neçə fotoşəkil o kompüterdən pornoqrafik məzmunlu saytlara girildiyi mənasına gəlməyə bilər. Səhvən bir linkə tıkladığınızda belə kompüterinizin yaddaşına fotoşəkil qeyd oluna bilər. Belə vəziyyətlərdə uşaqlarınızla danışın və hansı saytlara girməmələri ilə bağlı onları məlumatlandırın." Porn Stickin taxıldığı kompüterdə hər hansı bir iz buraxmadığını bildirən istehsalçılar, məhsulun pornoqrafik video faylları qəbul edə bilmədiyini söyləyirlər.

 

Xeberler.az

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə