Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Süni Zəka ilə Sosial Dəyişim” adlı tədbir təşkil edilib.
Xeberler.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirin əsas məqsədi süni intellekt sahəsindəki aktual trendləri, həmin texnologiyanın dövlət idarəçiliyində tətbiqi imkanlarını və ictimai xidmətlərdə rolunu müzakirə etmək olub.
Hər iki qurumun nümayəndələrinin iştirakı ilə “Dövlət və süni zəka: Texnologiyadan strateji alətə” adlı panel müzakirə keçirilib. Həmçinin süni intellektin sosial ehtiyaclarının proqnozlaşdırılması mövzularında müzakirələr aparılıb.
İştirakçılar həm nəzəri, həm də praktiki bilik və bacarıqlarını paylaşmaq və inkişaf etdirmək imkanı əldə ediblər.
Proqram çərçivəsində müxtəlif komanda yarışları təşkil olunub, qaliblərə diplom və mükafatlar verilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları