Previous Next
Bağla

Azərbaycanda Kredit Zəmanət Fondu yaradıldı

15-09-2017 12:32
Azərbaycanda Kredit Zəmanət Fondu yaradıldı

Prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 15 sentyabr 2017-ci il tarixində imzaladığı Fərmanla Azərbaycan Respublikasının Kredit Zəmanət Fondunu yaradıb.

Xeberler.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz Çaparlı bildirib ki, Kredit Zəmanət Fondu ASC sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək:

“Bu tədbir “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış islahatlardan biridir.”

Ayaz Çaparlı hesab edir ki, Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq  üçün mühüm bir addımdır. “Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının genişlənməsinə və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər.”

Qeyd edək ki, Prezidentin imzaladığı Fərmana əsasən yaradılan Fondun Nizamnaməsinin layihəsini, nizamnamə kapitalının miqdarını, o cümlədən də sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminatın verilməsi qaydasının layihəsini hazırlamaq dövlət və özəl sektorun nümayəndələrindən ibarət olan İşçi Qrupa tapşırılıb. Özəl sektor İşçi Qrupunda aparıcı kommersiya banklarının və qabaqcıl audit şirkətlərinin nümayəndələri ilə təmsil olunacaq.

Bundan əlavə, Cəmiyyətin Müşahidə Şurası dövlətin iqtisadi-maliyyə qurumlarının nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələrindən formalaşacaq. İİTKM-nin analitiki deyir ki, bununla da, maraqlı tərəflərin iştirakı təmin edilir və Kredit Zəmanət Fondunun fəaliyyətinin açıqlıq, hesabatlılıq və şəffaflıq prinsiplərinin üstündə qurulması təmin olunur.

Fərmana əsasən Fondun İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi istifadəyə veriləcək

10-12-2018

Azərbaycanda kredit və zəmanətlərlə bağlı informasiya sistem yaradılacaq

09-01-2023

İqtisadi mövzularda yazan jurnalistlər üçün təlim keçirilib

30-09-2022

"Azərbaycanda sahibkarlar güzəştli kreditlərə üstünlük verir"

02-12-2022

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yaradılıb

20-04-2016

“Bank sektorunda blokçeyin texnologiyası araşdırılmalıdır”

23-11-2017

Məmurlarla iş adamları bir arada

03-02-2020

"SİMA İmza" İKZF-yə inteqrasiya edilib

04-02-2026

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

Rəqəmsal ödənişlərlə bağlı 2 illik proqram təsdiqləndi

27-09-2018

Orxan Məmmədov: "KOB-lar kiçik həcmli kredit belə ala bilmirlər"

16-11-2022

İT-nin İnkişaf Fondu qalib layihələri müəyyən edəcək

28-01-2016

Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq

20-09-2023

"Elektron ipoteka və kredit zəmanət” sistemi yenidən çöküb

24-01-2023

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

04-03-2022

Prezident İlham Əliyev mətbuata əlavə maliyyə yardımı ayırıb

22-07-2020

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

İİTKM və Nottingem Universiteti arasında əməkdaşlıq gücləndirilir

24-06-2025

"Maliyyə texnologiyalarının təkmilləşdirilməsi zəruridir"

13-06-2023

Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər

08-02-2022

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020

Azərbaycanda elektron bankçılıq genişləndiriləcək

06-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə