Previous Next
Bağla

Layihəmiz GİST müsabiqəsinin finalına seçildi

04-05-2016 21:08
Layihəmiz GİST müsabiqəsinin finalına seçildi

Məlumat verdiyimiz kimi, Azərbaycandan olan layihə ABŞ-da keçirilən  2016 GİST beynəlxalq müsabiqəsinin yarımfinalında iştirak edirdi.

Qeyd edək ki, 135 ölkə arasında keçirilən müsabiqədə ümumilikdə 1075 ərizə qəbul olunub.

Azərbaycandan təqdim olunan HealthBox adlı innovativ layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilmişdi.

Qeyd edilmişdi ki, yarımfinala çıxmış 102 layihə arasında 30 ən çox səs yığan layihə seçiləcək. Finalçılar  Elm və Texnologiya üzrə Qlobal Sammitdə öz işlərini təqdim edəcək.

Xeberler.az GİST-ə istinadən məlumat verir ki, müsabiqənin finalçıları bəlli olub.

Belə ki, yerli layihəmiz HealthBox da finalçılar arasındadır.

Layihə rəhbəri Leyla Tağızadə Xeberler.az-a bildirib ki, hazırda  belə bir müsabiqədə ölkəmizi təmsil edib, uğur qazandığı üçün qürur hissi duyur.

Qeyd edək ki, hər il sammitin açılışını ABŞ prezidenti Barak Obama  özü elan edir. Bu il finalçılar ABŞ prezidenti ilə görüşmək, layihələrinin inkişafı üçün investisiya cəlb etmək, qlobal elm, texnologiya sahəsində faydalı əlaqələr qurmaq, investorlarla qarşılaşmaq imkanı əldə edəcəklər.

 HealthBox mobil proqram xəstələrin tibbi xidmətlərindən daha rahat formada istifadəsini təmin edir.  Proqram xəstələrə öz sağlamlıqları ilə əlaqədar məlumatları bilavasitə tibb müəssisə və apteklərə göndərməyə imkan verən mobil tətbiqdir.

Tətbiq xəstələr ücün tamam pulsuz olacaq, onu App Store və Play Market-lərdən yükləmək olacaq.

Müsabiqənin final mərhələsi üçün layihələrə səsvermə  aprel ayının 1-dən may ayının 1-nə kimi keçirildi.

Qeyd edək ki, Elm və Texnologiya üzrə Qlobal Sammit  - 2016 GİST-İ ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən hər il keçirilən müsabiqədir. Qlobal sammit bu il 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində keçiriləcək.

Ötən il GİST-in finalında Azərbaycanı BethClip layihəsi ilə Rəşid Əliyev təmsil etmişdi.

  Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Layihəmiz nüfuzlu beynəlxalq müsabiqənin yarımfinalına çıxıb

31-03-2016

Beynəlxalq müsabiqədə yarışan layihəmizə səsvermə davam edir

25-04-2016

ABŞ-dakı elm və texnologiya sammitinə kimlər qatılacaq?

13-06-2016

Xaricdəki xanım startapçımıza dəstək lazımdır

02-02-2017

Azərbaycanlı startapçı Obama ilə görüşə bilər

16-06-2015

“Hər gün xəstələrin müayinəsində yüksək texnologiyalardan istifadə edirik”

01-04-2016

Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

27-11-2017

Startapımız qlobal yarışmada uğur qazanıb

13-05-2015

15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

16-11-2017

Azərbaycan startapı Silikon Vadisində təqdim olunub

09-07-2016

“Bu proqramda iştirak investor və yeni əlaqələr qazandıracaq”- Müsahibə

21-11-2016

Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

02-12-2017

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

"Məktəblilərarası Milli Hakaton"un final mərhələsi keçirilib

28-11-2025

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015

Startaplarımız Silikon Vadisi mütəxəssisləri qarşısında təqdimat edəcək

14-12-2015

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015

Azərbaycana uğur qazandıran Reyhan Camalova harada təhsil alır?

29-11-2017

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017

“Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

17-09-2024

Azərbaycanlı xanıma qlobal yarışdan mentorluq təklifi gəlib

18-12-2017

34 startap layihəmizdən hansılar qalib olacaq?

16-12-2015

Ölkəmizdən qlobal İT müsabiqədə kim iştirak edir?-Video

05-02-2018

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

27-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə