Previous Next
Bağla

Xaricdəki xanım startapçımıza dəstək lazımdır

02-02-2017 10:23
Xaricdəki xanım startapçımıza dəstək lazımdır

Məlumat verdiyimiz kimi, hər il ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən Elm və Texnologiyada Qlobal İnnovasiya Təşəbbüsü  (GİST) keçirilir.

Belə ki, GİST çərçivəsində hər il ən yaxşı innovativ ideyaları seçilir və GES sammitində iştirak hüququ  qazanır.

Bir müddət də öncə bildirdiyimiz kimi, Azərbaycanı bu müsabiqədə HealthBox adlı innovativ layihə ilə Leyla Tağızadə təmsil edirdi.

Belə ki, HealthBox  layihəsi yarımfinala çıxmış 102 layihə arasında 30 ən çox səs yığan layihələr sırasında finala çıxdı.

Leyla Tağızadə ölkəmizi təmsil etmək üçün  ötən il , 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində keçirilən  qlobal sammitə qatılıb.

Qeyd edək ki, bu il sammit dünyanın ən məşhur universitetlərindən hesab edilən Stanford-da baş tutub.

Bir müddət öncə bildirdiyimiz kimi, Leyla Tağızadə məşhur Founder Institute-da (Fİ)  startap akseleratorunda 4 aylıq ödənişsiz təhsil hüquqi qazanıb. Belə ki, xanım startpçımız  Founder Institute-da erkən startap akseleratorunun Female Founder Fellowship təqaüdünü  qazanıb.

Hazırda Leyla Tağızadə məşhur Founder Institute-da (Fİ)  startap akseleratorundakı proqramda iştirak edir.

Qeyd edək ki, HealthBox startapının adı da dəyişdirilib. Belə ki, yerli layihəmiz artıq Reseptron adlı veb-platformada təqdim edilib.

Founder Institute-na qatılan 20 qlobal startapdan yalnız 6-sı proqramda fəaliyyətini davam etdirmək hüququ qazanıb. Onlardan biri də yerli startapımız Reseptron-dur.

Bu barədə Xeberler.az-a layihə rəhbəri Leyla Tağızadə məlumat verib.

Onun sözlərinə görə, layihənin bu proqramda sona qədər qalması üçün dəstək lazımdır:

“Proqramda iştirak gedikcə çətinləşir. Şərtlərdə qeyd edilib ki, hər həftə 5 faiz artım tempi göstərməliyik. Əks təqdirdə biz də proqramdan kənarlaşdırıla bilərik”.

Qeyd edək ki, www.reseptron.com -a daxil olaraq mail ünvanınız ilə layihəyə abunə olaraq dəstək ola bilərsiniz.

Məlumata görə, saytda abunə olan ilk 250 şəxs Leyla Tağızadə və startapı tərəfindən xüsusi hədiyyə qazanacaq.

Reseptron mobil tətbiqi ilə insanlara kamera və ya mətn yolu ilə daxil edilmiş tibbi reseptlər əsasında apteklərlə əlaqə qurmağa kömək edir.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Layihəmiz nüfuzlu beynəlxalq müsabiqənin yarımfinalına çıxıb

Layihəmiz nüfuzlu beynəlxalq müsabiqənin yarımfinalına çıxıb

31-03-2016
“Bu proqramda iştirak investor və yeni əlaqələr qazandıracaq”- Müsahibə

“Bu proqramda iştirak investor və yeni əlaqələr qazandıracaq”- Müsahibə

21-11-2016
ABŞ-dakı elm və texnologiya sammitinə kimlər qatılacaq?

ABŞ-dakı elm və texnologiya sammitinə kimlər qatılacaq?

13-06-2016
Layihəmiz GİST müsabiqəsinin finalına seçildi

Layihəmiz GİST müsabiqəsinin finalına seçildi

04-05-2016
Beynəlxalq müsabiqədə yarışan layihəmizə səsvermə davam edir

Beynəlxalq müsabiqədə yarışan layihəmizə səsvermə davam edir

25-04-2016
Azərbaycan startapı Silikon Vadisində təqdim olunub

Azərbaycan startapı Silikon Vadisində təqdim olunub

09-07-2016
Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

Xarici investorlar Azərbaycan startapına yatırım etmək istəyir

02-12-2017
15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

16-11-2017
Azərbaycanlı xanıma qlobal yarışdan mentorluq təklifi gəlib

Azərbaycanlı xanıma qlobal yarışdan mentorluq təklifi gəlib

18-12-2017
Reyhana Prezident mükafatı verildi

Reyhana Prezident mükafatı verildi

02-02-2018
“Hər gün xəstələrin müayinəsində yüksək texnologiyalardan istifadə edirik”

“Hər gün xəstələrin müayinəsində yüksək texnologiyalardan istifadə edirik”

01-04-2016
Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018
Startapımız qlobal yarışmada uğur qazanıb

Startapımız qlobal yarışmada uğur qazanıb

13-05-2015
Azərbaycana uğur qazandıran Reyhan Camalova harada təhsil alır?

Azərbaycana uğur qazandıran Reyhan Camalova harada təhsil alır?

29-11-2017
ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

ABŞ-da çalışan startapçımız gənclərlə görüşəcək

28-03-2016
Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015
Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

Layihəmiz GİST müsabiqəsinin yarımfinalına seçildi

27-11-2017
Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

Startapçılar qlobal müsabiqənin yarımfinalında iştirak edəcək

31-05-2017
 Ölkəmizdən qlobal İT müsabiqədə kim iştirak edir?-Video

Ölkəmizdən qlobal İT müsabiqədə kim iştirak edir?-Video

05-02-2018
Müsabiqədə qalib gələn startap 10 min manat alacaq

Müsabiqədə qalib gələn startap 10 min manat alacaq

19-11-2015
4 startap layihəmiz 10 min üçün yarışacaq

4 startap layihəmiz 10 min üçün yarışacaq

18-12-2015
Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

30-08-2016
Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016
Məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə

Məşhur akselerasiya proqramında iştirak edən startaplarımız-Müsahibə

22-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə