Məlumat verdiyimiz kimi, Azərbaycandan olan layihə ABŞ-da keçirilən 2016 GİST-İ beynəlxalq müsabiqəsinin yarımfinalında iştirak hüquqi qazanıb.
Qeyd edək ki, bu il 135 ölkə arasında keçirilən müsabiqədə ümumilikdə 1075 ərizə qəbul olunub.
Azərbaycandan təqdim olunan HealthBox adlı innovativ layihə beynəlxalq ekspertlər tərəfindən müsbət qiymətləndirilib.
HealthBox layihəsinin rəhbəri Leyla Tağızadə ilə həm layihə, həm də digər fəaliyyətləri ilə bağlı ətraflı söhbət etdik.
Qeyd edək ki, Leyla Tağızadə həmçinin Hippokrat Tibb Mərkəzinin baş icraçı direktorudur.
Müsahibəni təqdim edirik:
-Leyla xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.
- Bundan əvvəl Next Step İnnovasiya Mərkəzinə beyinlə idarə olunan sistemlərin işlənib hazırlanması ücün müraciət etmişdim. Bu iş məni coxdan maraqlandırırdı, amma əməkdaşlıq ücün mühəndis tapa bilmirdim. BİS-lər əlillərin gündəlik həyatını xeyli yüngülləşdirə biləcək texnologiyadır. NEXT-dən Ayaz Məmmədli və Kamran İmaməliyev ilə tanış olduq. Ümid edirəm ki, bu iş birliyindən yeni məhsul təqdim edə biləcəyik. Həkim kimi düşüncənin gücü ilə idarə olunan sistemlərin yaradılması və təkminləşdirilməsi məni cox maraqlandırır.
Əslində, İKT sürətlə tibbə inteqrasiya olan sahədir. Müasir həkimim işini İKT-siz təsəvvür etmək cətindir. Biz hər gün xəstələri müayinə edərkən yüksək texnologiya xidmətlərindən istifadə edirik.
-İKT sahəsində ilk işiniz nə olub?
- HealthBox xidmətinin təsisçisiyəm.
-İxtisasınız hansı sahə üzrə olub?
- İxtisasca həkiməm.
-Maraqlıdır, necə oldu ki, tibdə texnologiyalardan istifadəyə başladınız?
- Azərbaycan Tibb Universitetini bitirmişəm. İxtisasca həkim- nevropatoloqam.Amma xəstələrin tibb xidmətlərinə əlcatanlığını artırmaq ücün, işimizdə həmişə teletibbdən istifadə etmişik.
- HealthBox xidmətini yaratmaq hansı ehtiyaclardan qaynaqlandı?
- Xəstələrin vəziyyətini yüngülləşdirmək ücün İT məhsullarını necə tətbiq etməyin vacibliyi məni həmişə düşündürüb. Bu xidmət də uzun vaxtdır apardığım müşahidənin nəticəsidir.
-HealthBox komandası kimlərdən ibarətdir?
- Komandamız kiçikdir, iki nəfərdən ibarətdir. Developer Qismət Kazımlı, bir də layihə ilə özüm maraqlanıram. Müxtəlif əlavə xidmətləri həyata kecirmək ücün müvəqqəti olaraq Hindistan və Pakistandan freelancer-lər də cəlb etmişik.
- HealthBox xidməti necə çalışır? Xəstələrə hansı faydalar var?
-HealthBox xəstələrə öz sağlamlıqları ilə bağlı məlumatları birbaşa tibb müəssisələrinə göndərməyi imkan verə biləcək mobil əlavədir. Tətbiq xəstələr ücün tamam pulsuz olacaq, onu App store və Play Marketlər-dən yükləmək mümkün olacaq.
-Səhiyyə bağlı başqa hansı innovativ yeniliklər düşünürsünüz?
- Öncə qeyd etdiyim, BİS ( beyinlə idarə olunan sistemlər), bir sıra xəstəliklərin qarşısını ala biləcək tətbiqlərdir.Yəqin ki, onları da yaxın gələcəkdə həyata keçirmək imkanım olacaq.
-Sizcə, ölkəmizin tibb sahəsində hansı yeniliklərə ehtiyac var?
-Məncə, teletibb daha sürətlə səhiyyədə tətbiq olunmalıdır.Bu həm xəstələrin vəziyyətini asanlaşdıra biləcək, həm də həkimlərin vaxtına qənaət edərək, işlərinin səmərəsini artıracaq.
-HealthBox ilə bu il GİST-də iştirak edirsiniz. Hazırda bu istiqamətdə işlər nə yerdədir? Necə oldu ki, yarışmaya qəbul edildiniz?
-GİST -ə onlayn ərizəni göndərmişdik. Layihə ekspertlər tərəfindən müsbət qiymətləndirilərək, yarımfinala cıxmışıq. Artıq bu gündən səsvermə başlayıb. Bundan sonra taleyimizi ictimai səs vermə həll edəcək.
-Ümumiyyətlə, son dövrlər İKT-də xanımların fəaliyyətini necə qiymətləndirirsiniz?
-Bu sahədə xanımların sayı son illər çox artıb. Bu, müsbət haldır.
-Siz özünüzü bu sahədə inkişaf etdirmək üçün nələr edirsiniz? Xanımlara bununla bağlı tövsiyələriniz?
- Xanımları daha da cəsarətli olmağı tövsiyə edirəm. Sonra hər şey asan olur gülür).
- Xəstəxana rəhbərləri üçün olan SABİT proqramında iştirak edirsiniz. Bu proqram hansı xidmətləri təklif edir?
- Bu proqram ABŞ dövlət departamenti tərəfindən maliyyələşir. Müxtəlif ölkələrdən olan səhiyyə rəhbələri ücün təcrübə mübadiləsi proqramıdır.
-Sosial şəbəkələrdən hansından daha çox istifadə edirsiniz ?
-Əslində sosial şəbəkələrin hamısında hesabım var. Amma daha cox Facebook-dan istifadə edirəm. Cünki Twitter ve LinkedIn Azərbaycanda o qədər də populyar deyil.
-Leyla xanım, səhv etmirəmsə ailəlisiniz. Övladlarınızın texnologiyalardan istifadəsinə necə yanaşırsınız? Onlarla bu texnologilardan, internetdən istifadədə hər hansə qadağalar tətbiq edirsinizmi?
- Bəli, 3 övladım var. Onların internetden yalnız faydalı linklərdən istifadə etməsini dəstəkləyirəm. Övladlarıma əsasən təhsildə texnologiyaya istinad məsələsini tədris edirəm. Bəli, internetdə bəzi arzuolunmaz səhifələrə daxil olmağı onlara qadağan edirəm.
-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?
- Demək olar ki, bütün gün aktivəm (gülür).
-Texnologiyanın mənfi tərəfləri varmı ?
-Əlbəttə, hər bir yeniliyin mənfi tərəfi də ola bilər. Texnologiya psixoloji asıllıq yaradır.
-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?
- Ən azından qadınlar paltar və qab yumaq kimi əzablı öhdəlikləri texnologiyaya tapşırıblar (gülür).
-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?
-Qorxuram ki, onlar bizi artıq idarə edirlər (gülür).
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri