Previous Next
Bağla

“Bu gün hamımızın müəllimi internetdir”

04-06-2014 11:30
“Bu gün hamımızın müəllimi internetdir”
"Daha uğurlu gələcəyə nail olmaq üçün yüksək intellektli, dərin elmi biliklərə malik innovativ təfəkkürlü gənclik yetişməlidir".
 
Xəbərlər-in verdiyi məlumata görə, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, müxbir üzv, professor Rasim Əliquliyev bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Gənclərinin VII Forumunun bölmə iclasında səsləndirib.
 
“Yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı” adlı bölmədə istedadlı gənclərlə işin daha səmərəli təşkili ilə bağlı görülən işlərdən danışan alim bu gün ölkəmizdə gənclərin potensialının artırılması və onların inkişafı üçün geniş imkanların yaradıldığını bildirib. Alim prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncamından irəli gələn vəzifələrdən də söz açıb:
 
 “Ölkəmizdə biliklər cəmiyyətinin qurulması dövlət başçısının çağırışıdır. Gənc alimlərin cəmiyyətdə əsil vətəndaş kimi yetişərək bu prosesdə fəal iştirakı vacibdir. Biliklər cəmiyyətinin əsas qurucuları istedadlı, savadlı, gələcəyə inamla baxan və elmə marağı olan gənclərdir”.
 
Azərbaycanda son on ildə informasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən da danışan. R.Əliquliyev “Bu gün hamımızın müəllimi internetdir” fikrini vurğulayıb. İnformasiya cəmiyyəti ideyalarının diktə etdiyi yeni reallıqlar, informasiya texnologiyalarının insanların həyatında yaratdığı problemlərdən də söz açıb. Qlobal şəbəkənin imkanlarının sərhədsiz olduğunu, elə əsil təhlükənin də bundan qaynaqlandığını diqqətə çatdıraraq gəncləri İnternetdən səmərəli şəkildə, bilik və bacarıqlarını artırmaq, dünyaya inteqrasiya etmək üçün yararlanmağa səsləyib.
 
AMEA-da son zamanlar aparılan islahatlar və mühüm dəyişikliklərdən danışan alim gəncləri bu elm ocağında gedən proseslərə qoşulmağa və müvafiq baza kafedralarından yararlanaraq elmi biliklərini zənginləşdirməyə dəvət edib. Qeyd edib ki, hazırda AMEA-da prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlər görülür. Əsas məqsəd ölkənin maraqlarına və dünyada gedən proseslərə uyğun gələn, cəmiyyətin inkişafına xidmət edən tədqiqatların aparılmasıdır.
 
AMEA-nın akademik-katibi gənclərin elmi fəaliyyətinin stimullaşdırılması məsələsinə də toxunub. Onun sözlərinə görə, hər bir gənc fəaliyyət göstərdiyi sahədə uğur qazanmaq üçün müxtəlif fondların təqdim etdiyi qrant müsabiqələrində, layihələrdə iştirak etməyə maraqlı olmalıdır: “Siz gənclər dünyada gedən qloballaşma prosesini izləməli, özünüzü İnternet mühitində reallaşdırmalı və bazar iqtisadiyyatına qoşulmağı bacarmalısınız”.
 
R.Əliquliyev AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyətindən söz açaraq, şuranın innovativ gəncliyin yetişməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib. Azərbaycan alimlərinin dünya elminə inteqrasiyası, tanınmış beynəlxalq elmi bazalarda təmsilçiliyi məsələlərinə də toxunan alim ingilis dilini öyrənməyin müasir dövrün tələbi olduğunu xüsusi vurğulayıb.
 
Tədbirdə gənclərin ictimai siyasi fəallığı, müasir təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, qrant layihələrində iştirakı, yaradıcı və istedadlı gəncləri narahat edən problemlər və digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rasim Əliquliyev: Ölkəmizdə İKT sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

24-10-2018

FRTEB-in Ümumi yığıncağının onlayn iclası keçirilib

26-07-2022

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

İnformasiya Texnologiyaları İnstitutunda Qadınlar Şurası yaradıldı

23-05-2018

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022

Azərbaycan Estoniya ilə birgə innovativ layihələr həyata keçirəcək

01-11-2013

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

Rasim Əliquliyev: "Texnologiya festivalına ev sahibliyi etməyimiz Prezidentin siyasətinin nəticəsidir"

16-03-2022

İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib

21-06-2025

“İKT-nin problemlərinin araşdırılması mühüm əhəmiyyət kəsb edir”

14-10-2016

AMEA-nın müəssisələri “Teknofest Azərbaycan”da iştirak edəcək

14-03-2022

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018

Təhsil müəssisələrində intellektual mülkiyyət hüquqlarının qorunması ilə bağlı zəruri biliklər aşılanmalıdır

13-02-2019

Akif Əlizadə: “Gənc alimlərin informasiya texnologiyalarına dərindən yiyələnməsi vacibdir”

15-03-2013

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016

AMEA Dövlət Gömrük Komitəsinə İKT sahəsində hər zaman dəstək verib

08-11-2018

AMEA prezidenti :“İT mütəxəssislərə tələbat artır”

17-05-2017

Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi” fəaliyyətə başlayıb

03-02-2021

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

“İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar” kitabı işıq üzü görüb

01-08-2013

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə