“Map AYNA” sistemi yenilənib

27-05-2025 / 15:48

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, ictimai nəqliyyat barədə rəqəmsal informasiya “ayna.gov.az” internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır.

Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.

Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə