Previous Next
Bağla

Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibi olub

16-12-2025 21:08
Mədəniyyət Nazirliyi "MilliNet 2025" müsabiqəsinin qalibi olub

Mədəniyyət Nazirliyinin "MyCulture" Vahid Şəxsi Kabineti (https://my.culture.az) "MilliNet 2025" milli internet müsabiqəsinin "İlin rəqəmsal mədəniyyət və turizm həlli" nominasiyası üzrə qalibi seçilib.

Xeberler.az məlumat verir ki, mədəniyyət sahəsinin rəqəmsallaşdırılması Nazirliyin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə "e-Culture" rəqəmsal inkişaf strategiyası (2024–2026) çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində mədəniyyət ekosisteminin müxtəlif klasterlərində rəqəmsal həllərin tətbiqi genişləndirilir.

Bu kontekstdə "MyCulture" vahid şəxsi kabineti xüsusi strateji əhəmiyyət daşıyır. "Giriş səhifəsi" (Landing Page) və "Kabinet" bölmələrindən ibarət olan platforma mədəniyyət sahəsində rəqəmsal transformasiyanın bünövrəsini formalaşdırır.

Son iki il ərzində ölkədə mədəniyyət sahəsində ilk dəfə olaraq incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu və yerləşdirilməsi, habelə müsabiqələrə, qrant və təqaüd proqramlarına, attestasiya və işə qəbul proseslərinə müraciətlərin, sənədlərin qəbulu, yoxlanılması və idarə edilməsi kütləvi şəkildə (2025-ci il üzrə unikal giriş sayı təxminən 125000 nəfər) "MyCulture" platforması üzərindən həyata keçirilib.

Platforma ölkə üzrə vahid giriş sistemi olan DigitalLogin (MyGovİD) ilə inteqrasiya edilib, bütün mövcud "login" vasitələri ilə giriş imkanı yaradılıb. Eyni zamanda, müvafiq dövlət strukturları tərəfindən kibertəhlükəsizlik auditlərindən uğurla keçərək, zəruri təhlükəsizlik sertifikatları və protokolları tətbiq olunub. Müasir texnologiyalara əsaslanan innovativ kod strukturu ilə seçilən sistem "Hökumət Buludu" (g-Cloud) infrastrukturuna miqrasiya edilib və yüksək dayanıqlıqla fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis olunan "MilliNet" müsabiqəsi ölkənin ən nüfuzlu peşəkar texnologiya mükafatlarından biri hesab olunur. Müsabiqə hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər sahələrdə fəaliyyət göstərən milli rəqəmsal həllər və internet resursları arasında keçirilir.

Cari ildə müsabiqəyə 13 nominasiya üzrə 179 rəqəmsal resurs təqdim edilib. 15 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və digər meyarlar üzrə iki mərhələdə aparılan qiymətləndirmə nəticəsində qaliblər müəyyənləşdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“e-Culture” Rəqəmsal İnkişaf Strategiyası təsdiq edilib

22-12-2023

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb

12-05-2026

Dövlət Agentliyinin platformaları “MilliNet2025” çərçivəsində mükafatlandırılıb

16-12-2025

"MilliNet2025"-ə start verildi

24-09-2025

"e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində təqdimat keçirilib

31-10-2024

“e-culture” platforması yaradılacaq

14-01-2026

MilliNet2025 müsabiqəsinə layihələrin qəbulu davam edir

05-11-2025

MilliNet2025 müsabiqəsinin nominantları seçilib

26-11-2025

MilliNet 2025 müsabiqəsində 1-ci səsvermə mərhələsi başlayıb

07-11-2025

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

“CityNet” “MilliNet 2025” müsabiqəsinin əsas tərəfdaşıdır

08-12-2025

“MilliNet 2025”də rəqəmsal resursların qeydiyyatı başa çatıb

17-11-2025

“Smart customs” “ilin rəqəmsal hökumət həlli” nominasiyasinin qalibi olub

18-12-2023

Milli İnternet Mükafatı müsabiqəsinə qeydiyyat davam edir

23-10-2023

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017

MilliNet 2017 başladı

16-10-2017

Mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır

25-04-2015

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025

2025-ci ilin Milli İnternet Mükafatının qalibləri açıqlanıb

16-12-2025

Kino Agentliyinin saytı təsis edilib

18-07-2023

I sinfə qəbul prosesinə yenilik tətbiq edilib

15-04-2025

MilliNet 2023-də rəqəmsal resursların qeydiyyatı başa çatıb

21-11-2023

"MilliNet2025"ə hazırlıqlar başa çatmaq üzrədir

05-09-2025

Milli İnternet Mükafatı – Milli Net 2014 başlayır

23-09-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə