Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib

14-07-2025 / 20:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi təşkil edilib.

Xeberler.az məlumat verir ki, budəfəki təlimin əsas mövzusu “DOST Agentliyi tərəfindən göstərilən xidmətlər” olub. Təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 20 media qurumundan jurnalistlər iştirak ediblər.

Onlara DOST Konsepsiyasının mahiyyəti, “Bir Pəncərə” modeli çərçivəsində xidmətlərin təşkili, rəqəmsallaşma səviyyəsi, xidmət kanalları, DOST şəbəkəsinin genişləndirilməsi strategiyası və “Könüllü DOST” proqramı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, DOST Agentliyi vətəndaşlara 13 əsas istiqamət üzrə ümumilikdə 161 adda sosial xidmət təqdim edir. Bu xidmətlərin 92 faizi rəqəmsal formatda əlçatandır ki, bu da vətəndaşların xidmətlərə daha sürətli, şəffaf və rahat şəkildə çıxışını təmin edir.

Təlimin iştirakçıları, həmçinin DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı praktiki nümunələrlə tanış olublar. Sonra jurnalistlərin sualları cavablandırılıb və sosial sahədə informasiya mübadiləsinin gücləndirilməsi yolları müzakirə edilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 
 Qeyd edək ki, “Sosial Jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə