Məhkəmə“Avirtel” MMC-nin iddiasını rədd edib

18-03-2020 / 10:39

Amerika şirkəti olan və 20 ildir internet bazarında fəaliyyət göstərən “Avirtel” MMC-nin Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Aztelekom” MMC-yə qarşı iddiasına Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılıb.

Xeberler.az bildirir ki, “Avirtel” şirkətinin hüquqşünası Qəzənfər Paşayev məlumat verib.

O qeyd edib ki, təmsil etdiyi şirkət haqsız rəqabət və süni inhisarçılıq fəaliyyətinin nəticəsi olaraq 10.000-dən artıq müştəri itirib.

“Çox təəssüflə bildirmək istəyirəm ki, iddiamız məhkəmə tərəfindən rədd olundu. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin iddiamızın haqlı olması barədə vəsatət təqdim etməsinə, çoxsaylı tutarlı faktlar, sübutlar təqdim etməyimizə baxmayaraq hakimin iddianı rədd etməsi olduqca təəccüb doğurur. Məqsədimiz Azərbaycanda internet sektorunda monopoliyanın qarşısının alınmasıdır, məhkəmənin bu baxımdan bu cür hərəkət etməsi sadəcə təəssüf doğurur. Eyni zamanda, ölkə Prezidentinin 03 aprel 2019-cu il tarixində məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı olmasına baxmayaraq hakim Aytən Əliyevanın bu qədər qərəzli mövqedə olmasına anlam verə bilmirik. Təbii ki, apellyasiya şikayəti veriləcək, ölkə daxilində və ya xaricində ədalətli nəticə əldə olunacağına ümidimiz var”,-deyə “Avirtel” şirkətinin hüquqşünası bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə