“Məktəblilərarası Milli Hakaton”un yarımfinalına son günlər qalır

24-11-2025 / 18:33

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri yaxınlaşır.

Xeberler.az məlumat verir ki, yarımfinal noyabrın 28–30-da, final isə dekabrın 1-də keçiriləcək.

Bu il müsabiqəyə ölkə üzrə 300 mindən artıq şagird qatılıb. İlkin seçimlərdən sonra 74 komanda (300 şagird) yarımfinal mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Hazırda komandalar hazırlıq prosesini davam etdirir.

Qeyd edək ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə