Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin seçim mərhələsi başa çatıb.
Xeberler.az bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 22-25 aprel tarixlərini əhatə edən seçim turunda 15 000-dən çox şagird iştirak edib.
Seçim mərhələsində yüksək nəticə göstərmiş 2000-dən çox şagird növbəti tura vəsiqə qazanacaq. Növbəti mərhələyə vəsiqə qazanan iştirakçıların siyahısı bir neçə gün sonra codehour.edu.az saytında ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, imtahanlar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və digər şəhərlər də daxil olmaqla, ümumilikdə 47 şəhərdə yerləşən 75 mərkəzdə təşkil olunub. Mərkəzləşdirilmiş qaydada keçirilən seçim mərhələsi şagirdlər arasında İKT və proqramlaşdırma sahəsində potensial bacarıqların üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyıb.
Qeyd edək ki, müsabiqənin final mərhələsində 120 iştirakçıdan ibarət 30 komanda yarışacaq. Qalib komandaları dəyərli mükafatlar və xüsusi hədiyyələr gözləyir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları