Samsung-un icraçı direktoru istefa verdi

13-10-2017 / 11:50

Dünyanın ən tanınmış elektronik istehsalçılarından biri olan Samsung-un bu günlərə gəlməsində böyük əməyi olan icraçı direktor Kwon Oh-hyun istefa edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, 2018-ci ilin mart ayında vəzifəsindən ayrılmaq üzrə istefasını imzalayıb.

Bu istefanın səbəbi isə böhran olub.

Smartfon bazarına daxil olduqdan  sonra bütün növ elektron texnologiyalara imzasını atan nəhəng Samsung şirkəti önəmli adını itirdi.

2017-ci ildə satışda davamlı yüksəliş tendensiyası olan şirkətin son dövrlər misli görünməmiş bir böhranla üz-üzə olduğu deyilir.

Samsung şirkətinin CEO-su və idarə heyətinin üzvü Kwon Oh-hyun 32 ildir Samsung üçün çalışır.

O, imzaladığı istefa məktubunda böhran məsələsini vurğulayıb:

“Uzun müddətdir bu barədə çox düşünürəm. Bu, asan qərar deyil. Amma artıq həll edə bilməyəcəyimi hiss edirəm. Misli görünməmiş böhranla üz-üzə olduğumuz üçün sektorun sürətlə dəyişməsindən doğan çətinliklərə daha yaxşı cavab vermək üçün yeni bir ruh və gənc liderlərə ehtiyacımız var. Şirkətin yenidən başlamasının zamanı gəlib”.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə