İsveçrənin Empa şirkəti nəqliyyat şirkətləri tərəfindən daşınma zamanı meyvələrin saxlanma şəraitinin izlənilməsi üçün elektron meyvələr istehsal edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, artıq elektron alma, portağal və banan təqdim edilib.
Yeni qurğuların əsas özəlliyi meyvələrin strukturunu, xüsusilə də istilikkeçirmə xüsusiyyətini mükəmməl şəkildə təqlid etmələridir.
İçəri hissədə bir məntəqədən digərinə daşınma intervalında temperaturun dinamikasını yadda saxlayan qurğu yerləşdirilib. Elektron meyvələrdən istifadə yükün hansı səbəbdən korlandığını anlamaq çətin olduqda yaranan münaqişələri həll etməyə imkan verəcək.
Bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün qurğunu aktiv edərək daşınan qida məhsullarının arasında yerləşdirmək kifayətdir.
Empa qurğuları nüfuzunu qorumaq istəyən nəqliyyat şirkətlərinin marağına səbəb olub. Onların dəyəri 50 İsveçrə frankı təşkil edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri