“Microsoft” Fransada əməkdaşlarının 10 faizini ixtisar edir

03-09-2025 / 12:36

ABŞ-ın texnologiya nəhəngi “Microsoft” qlobal miqyasda başlatdığı ixtisar proqramı çərçivəsində Fransadakı işçilərinin 10 faizini, yəni təxminən 200 nəfəri işdən azad edəcəyini açıqlayıb.

Xeberler.az məlumat verir ki, “Microsoft”un Fransada təxminən 2 min əməkdaşı var.

Bildirilir ki, bu ixtisarlar şirkətin əməliyyat effektivliyini artırmaq və uzunmüddətli inkişafı təmin etmək məqsədi daşıyan daha geniş bir qlobal strategiyanın tərkib hissəsidir. Bu kütləvi ixtisarların məqsədi təkcə say azaldılması deyil, strukturun yenidən təşkili, bəzi menecer və fərdi işçi postlarının bağlanması və yeni postların açılmasıdır.

Bu ixtisar qərarları “Microsoft”un süni intellektin (AI) işə inteqrasiyasını genişləndirməsi ilə eyni vaxta təsadüf edir. Bir çox analitiklər hesab edirlər ki, AI-nin tətbiqi şirkətin işçi ehtiyaclarını dəyişdirir.

“Microsoft”un baş direktoru Satya Nadella bu ilin aprel ayında bildirib ki, şirkət daxilində yazılan proqram kodlarının 20-30 faizi artıq süni intellekt tərəfindən yaradılır. Bu isə insan resurslarına olan ehtiyacın bəzi sahələrdə azalmasına səbəb olur. “Microsoft”un bu qərarı təkcə Fransaya aid deyil. Şirkət iyul ayında qlobal miqyasda 9 min nəfərə qədər, may ayında isə 6 min əməkdaşını ixtisar edəcəyini açıqlamışdı.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə