Previous Next
Bağla

Microsoft fərdi məlumatları Avropa İttifaqındakı serverlərdə yerləşdirəcək

13-11-2015 10:39
Microsoft fərdi məlumatları Avropa İttifaqındakı serverlərdə yerləşdirəcək

Microsoft 2016-cı ilin ikinci yarısından korporasiyanın Avropa istifadəçilərinin fərdi məlumatlarını Almaniya və Böyük Britaniyada yerləşən serverlərdə saxlaya biləcəklərini bəyan edib.  

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, burada ABŞ xüsusi xidmət orqanlarının fərdi məlumatlardan istifadə etmək imkanı olmayacaq.  

Məlumata görə, Avropa istifadəçiləri haqqında informasiya T-Systems şirkətinin (Almaniyanın Deutsche Telekom AG telekommunikasiya qrupunun törəmə şirkəti) iki məlumat emalı mərkəzində saxlanılacaq. Microsoft bu məlumatlara yalnız konkret istifadəçinin və ya T-Systems şirkətinin icazəsi ilə baxa biləcək.

Bundan başqa, ABŞ korporasiyası London yaxınlığında məlumat emalı mərkəzini istifadəyə verməyi planlaşdırır. Analitiklərin fikrincə, bu, korporasiyaya Britaniya paytaxtında fəaliyyət göstərən maliyyə şirkətlərindən yeni müştərilər cəlb etməyə imkan verəcək. Artıq Microsoft-un BULUD servislərinin müştəriləri sırasına Marks & Spencer Group və Virgin Atlantic Airways Ltd kimi şirkətlər daxildir.

Oktyabrda Avropa İttifaqının yuxarı instansiya məhkəməsi olan Avropa Məhkəməsi Aİ tənzimləyici orqanlarının informasiyanın ABŞ ərazisində yerləşən serverlərə ötürülməsini qadağan etmək hüququna malik olması ilə bağlı qərar çıxarıb. Buna səbəb kimi ABŞ şirkətlərinin fərdi məlumatların, o cümlədən xüsusi xidmət orqanları əməkdaşlarının fərdi məlumatlarının mühafizəsini lazımi səviyyədə təmin edə bilməməsi göstərilib. Avropa və ABŞ şirkətləri istifadəçilərin fərdi məlumatlarını 2000-ci ildən Safe Harbor sazişi əsasında müstəqil mübadilə edirlər.

Qəbul edilən qərardan sonra Almaniyanın tənzimləyici orqanları gələcəkdə məlumatların ABŞ-a ötürülməsinə icazə verməyəcəklərini bildiriblər.

Bitkom şirkəti tərəfindən aparılan sorğudan məlum olub ki, Almaniya şirkətlərinin 83 faizi BULUD məlumatlarını ölkə ərazisində yerləşən məlumat emalı mərkəzlərində saxlamaq niyyətindədir.

 

Xeberler.az 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Fərdi məlumatların verilməsi qadağan edilib

Fərdi məlumatların verilməsi qadağan edilib

07-10-2015
Məlumat təhlükəsizliyi üçün vahid standartlar tətbiq ediləcək

Məlumat təhlükəsizliyi üçün vahid standartlar tətbiq ediləcək

17-12-2015
Microsoft Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artıracaq

Microsoft Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artıracaq

01-05-2025
2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

2016-cı ildə internetdə məxfilik problemi kritik həddə çatacaq

11-11-2015
Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

Hüquq müdafiəçiləri Avropada fərdi məlumatların mühafizəsindən narahatdır

23-04-2015
Apple-dan kompensasiya tələb edilib

Apple-dan kompensasiya tələb edilib

05-11-2015
Microsoft qatlanan noutbuk hazırlayır

Microsoft qatlanan noutbuk hazırlayır

27-03-2017
Feysbuk və İnstaqram bu yay Avropada qadağan edilə bilər

Feysbuk və İnstaqram bu yay Avropada qadağan edilə bilər

10-07-2022
Hakerlər  1,1 milyon müştərinin  fərdi məlumatlarını oğurlayıb

Hakerlər 1,1 milyon müştərinin fərdi məlumatlarını oğurlayıb

21-05-2015
Məşhur İT şirkətləri saziş imzalayıblar

Məşhur İT şirkətləri saziş imzalayıblar

27-09-2018
Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

10-10-2009
Apple şirkətinə tikinti üçün icazə verilib

Apple şirkətinə tikinti üçün icazə verilib

16-09-2015
Microsoft və Amazon müqavilə imzaladı

Microsoft və Amazon müqavilə imzaladı

02-09-2015
MasterCard Aİ-nin tələblərini pozub

MasterCard Aİ-nin tələblərini pozub

10-07-2015
Maliyyə məlumatlarını oğurlayan kompüter şəbəkəsi zərərsizləşdirilib

Maliyyə məlumatlarını oğurlayan kompüter şəbəkəsi zərərsizləşdirilib

13-04-2015
Samsung və Microsoft tərəfdaşlığını genişləndirəcək

Samsung və Microsoft tərəfdaşlığını genişləndirəcək

09-08-2019
Facebook eBay elanlarını göstərəcək

Facebook eBay elanlarını göstərəcək

09-01-2025
Avstriyada 25 min istifadəçi Facebook-u məhkəməyə verib

Avstriyada 25 min istifadəçi Facebook-u məhkəməyə verib

10-04-2015
Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008
Almaniya "DeepSeek"in App Store və Play Store-dan silinməsini tələb edir

Almaniya "DeepSeek"in App Store və Play Store-dan silinməsini tələb edir

30-06-2025
İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq

İT şöbələri informasiya texnologiyaları xərclərini artıracaq

07-10-2015
Bütün WhatsApp yazışmalarını yükləyə bilərsiniz-Yenilik

Bütün WhatsApp yazışmalarını yükləyə bilərsiniz-Yenilik

30-04-2018
Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

Kaspersky Lab Sürixdə ilk şəffaflıq mərkəzini açıb

16-11-2018
Hakerlər hotel operatorunun milyonlarla istifadəçisinin şəxsi məlumatlarını oğurlayıb

Hakerlər hotel operatorunun milyonlarla istifadəçisinin şəxsi məlumatlarını oğurlayıb

15-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə