“Microsoft” Paris Notr-Dam kilsəsinin “rəqəmsal əkizi”ni yaradacaq

23-07-2025 / 15:54

“Microsoft” şirkəti Paris Notr-Dam kilsəsinin “rəqəmsal əkizi”ni yaradacaq və süni intellekt modelləri üçün Avropa dillərinin sayını genişləndirəcək. Layihə 1800-1914-cü illər arasında Paris Milli Operasında nümayiş etdirilən 15 000 kino modeli kimi Fransanın aparıcı mədəniyyət müəssisələrində saxlanılan tarixi opera dəstlərini və milyonlarla artefaktı rəqəmsallaşdıracaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, dağıdıcı yanğından sonra Notr-Dam kilsəsinin bərpası beş il çəkib. “Lakin rəqəmsal nüsxə çox asan olardı”, -deyə “Microsoft” prezidenti Bred Smit ötən ilin noyabrında qeyd etmişdi.

O, bu yaxınlarda nəzəriyyənin praktikada sınaqdan keçirildiyini açıqlayıb və 1345-ci ildə inşa edilən kafedralın “rəqəmsal əkiz” alacağını bildirib.

Notr-Damın rəqəmsal nüsxəsi Fransa Mədəniyyət Nazirliyinin İrs İnstitutu və “Iconem” startapı ilə birgə hazırlanır. “Rəqəmsal əkiz” yaratmaq üçün qabaqcıl vizuallaşdırma texnologiyaları və süni intellektdən (AI) istifadə olunur. “Layihənin məqsədi Notr-Damın hər bir detalını rəqəmsal formatda daimi olaraq qorumaq, onun strukturunun, tarixinin və rəmziliyinin saxlanılmasını və gələcək nəsillər üçün əlçatan olmasını təmin etməkdir”, - deyə “Microsoft” prezidenti paylaşımında yazıb.

Onun sözlərinə görə, “rəqəmsal əkiz” Fransa dövlətinə bağışlanacaq və mühafizəçilər tərəfindən istifadə oluna və Notr- Dam kilsəsinin gələcək muzeyində nümayiş etdirilə bilər.

Layihənin dəqiq büdcəsi və tamamlanma tarixi hələlik məlum deyil, lakin Smit fransız mediasına bildirib ki, iş ən azı bir il çəkəcək və çox güman ki, bir neçə milyon dollara başa gələcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə