Previous Next
Bağla

Brüsseldə İSSE-2018 konfransı keçirilir

06-11-2018 17:41
Brüsseldə İSSE-2018 konfransı keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndələri konfransda iştirak edir Belçikanın paytaxtı Brüssel şəhərində “İSSE-2018” konfransı öz işinə başlayıb. 6-7 noyabr tarixlərində keçirilən konfransda ölkəmizi Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Elnar Əsədov və Milli Sertifikatlar Xidməti Mərkəzinin rəhbəri Arif Mailov təmsil edirlər.

Xeberler.az  bildirir ki, açılış nitqi ilə e-İdentifikasiya və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının başçısı Con Şamah qonaqları salamlayıb. Daha sonra “Microsoft” şirkətinin Bulud İdentifikasiyası və Məxfi Xidmətlər üzrə direktoru Ronni Bicons, “İBM” şirkətinin  Müəssisə Təhlükəsizliyi arxitektoru Kristian Peters, “Microsoft” şirkətinin İdentifikasiya üzrə baş arxitektoru Kim Kemeron və digərləri müxtəlif mövzularda çıxışlar edib.

Tədbirdə panellər üzrə müxtəlif mövzular müzakirə olunur: “Bank sektorunda rəqəmsal transformasiya”, “FutureTrust” layihəsi çərçivəsində gələcək pilot layihələr, “Rəqəmsal transformasiyanın təhlükəsizliyə təsiri”, “Məlumatların mühafizəsi və məxfilik”, “Qanunvericilik sahəsində çətinliklər və həllər”, “eİD və rəqəmsal sertifikatlar”, “Süni intellekt səmərəli transformasiyaya necə təsir göstərir?”, “2019-cu il və gələcək üçün kibertəhlükəsizlik çağırışları” və s. Panellər üzrə müzakirələrdən sonra “dəyirmi masa”lar keçirilir. Avropa Etibar Fondu, “FutureTrust”, “Lightest”, “FutureİD” kimi qlobal miqyaslı layihələrin rəhbərləri və iştirakçıları öz təcrübə və biliklərini konfransda iştirak edən qonaqlarla bölüşür.

Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi “FutureTrust” layihəsinin assosiativ tərəfdaşıdır. Həmçinin “Lightest” layihəsinin mütəxəssislərilə etibarlı tranzaksiyaların icrası ilə bağlı geniş əməkdaşlıq aparır. Bu ilin may ayından etibarən Məlumat Hesablama Mərkəzi “Lightest "layihəsinin Məsləhət şurasında təmsil olunur. “Lightest” layihəsi elektron tranzaksiyalar zamanı saxta kimlikləri müəyyən etməyə kömək edən həlli təmin edir. Bu həll müxtəlif tətbiqlərin istifadə olunduğu platformalarda elektron imzanın təsdiqindən tutmuş, Elektron Satınalma, Elektron Ədliyyə, Elektron Səhiyyə və hüquqi sahələrdə “Əşyalar İnterneti” üzrə alətlərin, sensorların təsdiqinin etibarlığına zəmanət verir.

MHM-in konfransda iştirakdan əsas gözləntiləri elektron imzanın transsərhəd tanınmasını reallaşdıracaq infrastrukturun qurulmasını tezləşdirməkdir. Həmçinin elektron imzanın tətbiqi ilə daha səmərəli və etibarlı sosial xidmətlərin yaradılması üçün fikir mübadiləsi aparmaq, bu sahədə mövcud qlobal vəziyyətin araşdırılmasıdır.

Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı ölkəmizdə rəqəmsal inkişafa dəstək göstərəcək, Avropa ölkələri ilə bu istiqamətdə əməkdaşlığın möhkəmlənməsinə, təcrübə mübadiləsinə şərait yaradacaq. Onu da qeyd edək ki, konfrans ənənəvi olaraq 1999-cu ildən təşkil olunur. Konfransda informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, yaranan təhdidlər və əsas problemlər barədə ekspert məsləhətləri dinlənilir, ixtisaslaşmış istehsalçılar tərəfindən son həllərin praktiki nümayişi təqdim olunur. Konfransda iştirak Avropanın təhlükəsizlik mütəxəssisləri və aparıcı sənaye təchizatçıları ilə əməkdaşlıq qurmaq imkanı və s. yaradır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

MHM qlobal etibarlılıq layihəsi çərçivəsində keçirilən konfransda təmsil olunub

08-02-2019
Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

Azərbaycanda Beynəlxalq Lightest Forumu keçirilir

29-05-2019
Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

Azərbaycan elektron mühitə dair beynəlxalq sammitdə təmsil olunur

29-03-2019
Nazirlik saxta kimlikləri müəyyən edəcək

Nazirlik saxta kimlikləri müəyyən edəcək

27-01-2018
Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

Bu qurum FutureTrust layihəsinin assosiativ tərəfdaşı oldu

21-06-2018
İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018
Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017
Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

Azərbaycanda banklara edilən kiberhücumlar müzakirə ediləcək

02-05-2017
Elektron imzalama sayı 23 milyona çatır

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017
Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

Məlumat Hesablama Mərkəzinin Microsoft şirkətinin nümayəndələri ilə görüşü keçirilib

08-05-2015
Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

Elektron imzanın təkmilləşdirilməsi müzakirə olunub

25-05-2018
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
 İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

İKT yeniliklərimiz ABŞ-da təqdim edilib

03-05-2018
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
Rəqəmsal bankçılıq üzrə xarici ekspertlər Bakıya gəlir

Rəqəmsal bankçılıq üzrə xarici ekspertlər Bakıya gəlir

08-11-2017
Ölkəmiz e-imza ilə bağlı beynəlxalq konfransda təmsil edilib

Ölkəmiz e-imza ilə bağlı beynəlxalq konfransda təmsil edilib

16-09-2017
“Asan İmza” Haaqada təqdim ediləcək

“Asan İmza” Haaqada təqdim ediləcək

13-06-2016
Estoniyada İnternet İdarəçiliyi üzrə beynəlxalq konfrans keçirilir-Foto

Estoniyada İnternet İdarəçiliyi üzrə beynəlxalq konfrans keçirilir-Foto

07-06-2017
Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları konfransı və sərgisi keçirilir

09-06-2018
Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022
Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

Azərbaycan innovasiyaları Belçikada təqdim edilib

15-11-2017
“Asan İmza” Parisdə təqdim edilib

“Asan İmza” Parisdə təqdim edilib

16-11-2016
“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024
Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak edəcək

04-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə