Microsoft Research tədqiqat bölməsi həmsöhbətlərin tam ölçüdə holoqrafik təsvirini yaratmaq qabiliyyətinə malik kommunikasiya sisteminin işini nümayiş etdirib.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, bu sistem holoportasiya adlandırılıb.
Microsoft-un bu ixtirası hələ ki "Ulduz müharibələri" və başqa fantastik filmlərdə təsvir edilmiş texnologiyanın tam təzahürü deyil. “N+1” nəşri yazır ki, skan etmə üçün translyasiya olunan meydançanın ətrafında qurulmuş bir neçə 3D kameradan istifadə olunur.
Bundan başqa, çəkiliş aparılan kameraya səhnədə kameranın yerdəyişməsini izləyən və artırılmış reallıq məzmununu adi təsvirə əlavə etməyə imkan verən qurğular qoşulur.
Dərc edilmiş videoçarxda şirkətin nümayəndəsi həmkarlarından biri ilə münasibət qurur və onunla salamlaşır. Məlumata əsasən, yeni sistem sanki xatirələrə daxil olaraq görüntünü canlandırır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri