Google əlavə reallıq sistemini təqdim edib-Video

02-11-2016 / 13:23

Google şirkəti mobil qurğular üçün Tango  adlı əlavə reallıq sistemini təqdim edib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, hələ ki, sistem yalnız yeni satışa çıxarılan Lenovo Phab2 Pro smartfonlarında işləsə də, növbəti ildə bu kimi qadjetlərin sayının artırılması nəzərdə tutulub.

Əlavə reallıq əsasən oyunlara tətbiq olunur.

Lakin Tango-nun imkanları bununla məhdudlaşmır. Məsələn, iStaging proqramı müştərilərin evində mebelin necə görünəcəyini nümayiş etdirmək imkanına malikdir. Tango-nun potensialının bu istiqamətdə inkişaf etdirilməsi internet-mağazalarda alış-verişin daha rahat olmasına şərait yaradacaq.

Bəzi şirkətlər artıq geyimlər üçün əlavə reallıqdan istifadə edir. Banklarda isə şöbələrin müasirləşdirilməsi üçün bu texnologiyadan istifadə planlaşdırılır.

Qeyd edək ki, hazırda Tango 35 proqram vasitəsilə dəstəklənir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə