Previous Next
Bağla

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018 17:00
Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

Xeberler.az bildirir ki, BSA-Biznes Proqram Təminatı Alyansının təqdim etdiyi 2018 Global Proqram Təminatı Piratçılığı üzrə Araşdırmasına uyğun olaraq, Azərbaycanda kiber hücümların riskini azaltmaq və mənfəəti artırmaq məqsədilə şirkətlər (sahibkarlar) öz şəbəkələrində proqram təminatını yoxlamalı ve lisenziyasız proqram təminatının istifadəsini dayandırmalıdırlar.

Bu gün açıqlanan araşdırmanın nəticəsi olaraq, Azərbaycanda kompüterlərdə quraşdırılan proqram təminatlarının 81 faizi lazımi qaydada lisenziyalaşdırılmayıb. Araşdırmaya görə BSA-nın 2016-cı ildə apardığı sorğunun nəticəsi ilə müqayisədə 3 faiz azalma müşahidə olunur.

Bütün dünyada təşkilatlar bizneslərini inkişaf etdirmək, mənfəətlərini artırmaq, yeni bazarlara çıxmaq və rəqabət üstünlüklərini gücləndirmək üçün proqram təminatlarından istifadə edirlər. Lakin, İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərinin (Chief Information Officers “CİO”) sorğusunda ətraflı təhlil və təsdiq olunmuş məlumatlara görə lisenziyasız proqram təminatı istifadə edən təşkilatlar böyük təhlükəsizlik təhdidləri ilə qarşılaşmaq riskinə məruz qalırlar.

Lisenziyalaşdırılmamış proqram təminatlarından istifadənin xoşagəlməz nəticələrini daha yaxşı anlamaq üçün BSA 2018 Qlobal Proqram Təminatı Piratçılığı üzrə Araşdırma: PT İdarəçiliyi, Təhlükəsizlik Zəmanəti, Biznəss İmkanı (2018 Global Software Survey: Software Management: Security Imperative, Business Opportunity) adlı sorğunu təqdim etmişdir. Sorğuda dünyanın 110-dan çox ölkə və regionlarında fərdi kompüterlərdə quraşdırılmış lisenziyasız proqram təminatlarının həcmi və dəyərinin miqdarı müəyyən edilmişdir və istehlakçılardan, işçilərdən və İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərindən (CİO) alınan 23,000 yaxın rəylər də öz əksini tapmışdır.

BSA şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Viktoriya Espinel müsahibəsinə görə: “Bütün dünya təşkilatları səmərəli idarə olunan proqram təminatı ilə əldə edilən iqtisadi və təhlükəsizlik imkanlarını qaçırırlar.” Şirkətlər öz şəbəkələrində proqram təminatlarının qiymətləndirilməsi və idarə olunması üçün proqram aktivlərinin idarəolunma proqramlarını (SAM) yaratmalıdırlar. Bu isə, öz növbəsində , kiber hücumlarla bağlı risklərin azalmasına və gəlirlərin artmasına kömək edir”.

Araşdırmanın əsas nəticələri:

1. Lisenziyasız proqram təminatının istifadəsi cüzi müsbət dəyişikliklər olsa da, hələ də geniş yayılmışdır. Fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatları 37 faiz olaraq hələ də həyəcanlı səviyyədə bütün dünyada geniş miqyasda istifadə olunur və bu rəqəm 2016 cı ilə nisbətən cəmi 2 faizlik dərəcə səviyyəsində azalıb.

2. İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssisləri (CİOs) lisenziyasız proqram təminatlarından istafadənin getdikcə daha da riskli və bahalı olduğunu bəyan edirlər. Lisenziyasız proqram təminatlarının istifadəsindən dəyən zərər bütün dunyadakı şirkətlər üçün $359 milyard məbləğindədir. İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssisləri bildirirlər ki, proqram təminatlarının tam şəkildə lisenziyalaşdırılmasında əsas məqsəd təhlükəsizliyə xələl gətirəcək zərərli proqramlardan qorunmaqla bağlıdır.

3. Proqram təminatlarının standartlara uyğunluğunun təkmilləşdirilməsi artıq bir təhlükəsizlik zərurətidir ki, bu da əlavə iqtisadi imkanlar yaradır. Şirkətlər proqram təminatlarından istifadənin idarəçiliyini gücləndirmək məqsədi ilə praqmatik addımlar atmaqla mənfəətlərində 11 faiz artım əldə etmiş olarlar.

4. Təşkilatlar proqram təminatlarından istifadənin idarəçiliyini təkmilləşdirilməsi məqsədi ilə geniş addımlar ata bilərlər. Araşdırlmalar nəticəsində məlum olmuşdur ki, təşkilatlar etibarlı proqram təminatı aktivlərinin idarəçiliyi ilə (SAM) bağlı proqramları və proqram təminatı lisenziyalarının səmərəli idarə olunmasına dair müvafiq proqramdan istifadə etməklə proqram təminatları ilə bağlı xərclərində illik 30 faizə qədər qənaət edə bilərlər.

Dərin təhlil və araşdırma məqsədi ilə aparılmış sorğu göstərir ki, şirkətlər, proqram təminatı idarəçiliyin təkmilləşdirilməsi, bununla mənfəətin çoxalması, risklərin azaldılması və fürsətlərin artırılması üçün proqram təminatı aktivlərinin idarəçiliyi ilə (SAM) bağlı proqramlar da daxil olmaqla, ciddi tədbirlər görə bilərlər.

Sorğunun nəticələri ilə və hər bir ölkəyə aid spesifik məlumatlarla yaxından tanış olmaq üçün bu sayta daxil ola bilərsiniz: www.bsa.org/globalstudy.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

06-09-2017

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018

Azərbaycanda zərərli proqram təminatlarının sayı artıb

16-08-2017

Azərbaycanda proqram təminatı bazarı əhəmiyyətli böyüyəcək

24-01-2025

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

Ölkədə proqram təminatı sahəsində piratçılıq azalıb

15-01-2016

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015

İnformasiya təhlükəsizliyi bazarında 45 faizlik artım gözlənilir

05-10-2018

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008

Çində proqram təminatı sənayesinin gəlirləri artıb

02-07-2025

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016

“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi

15-04-2020

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

08-11-2019

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun proqram təminatı hazırlanır

04-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə